Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Mitinqdə başqalarının istəklərini ortaya qoymaq istəyirlər" - Fərəc Quliyev
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > "Mitinqdə başqalarının istəklərini ortaya qoymaq istəyirlər" - Fərəc Quliyev

"Mitinqdə başqalarının istəklərini ortaya qoymaq istəyirlər" - Fərəc Quliyev


İnsanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək yolverilməzdir.

Day.Az bildirir ki, bunu Trend-ə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqə Əli Kərimlinin radikal islamçıları da cəlb etməsi cəhdinə münasibət bildirərkən deyib.

F.Quliyev bildirib ki, hər bir təşkilat qanunlar çərçivəsində mitinq keçirə, hansısa məsələ ilə bağlı fikirlər səsləndirə bilər: "Amma orada səsləndirilən fikirlər və hədəflər müəyyən olunmalıdır. Mitinqdə məsələlərə şəxsi, müəyyən dairələrin mövqeyindən yanaşmaq fürsətdən istifadə etməkdir. Üstəlik din amilindən, insanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək olmaz. Azərbaycanda din siyasətə qarışmır, ikinci bir tərəfdən də bəzi ölkələr Azərbaycanda din amilindən istifadə edərək qarışıqlıq salmağa çalışırlar. Qanunlar çərçivəsində mitinqlərin keçirilməsinin əleyhinə deyiləm, amma məsələlərə mahiyyəti üzrə fikir bildirmək lazımdır, fürsətdən istifadə etmək doğru deyil. Çünki ölkənin mənafeyləri hər şeydən üstündür və təbii ki, bu məsələlərdə heç nədən, xüsusən də dindən istifadə etmək yolverilməzdir".

F.Quliyev bildirib ki, hakimiyyət tolerant davranış nümayiş etdirdi, Milli Şuraya mitinq keçirmək üçün meydan verdi: "Amma mitinqdə dövlətçilik əleyhinə şüarlar səsləndirmək o deməkdir ki, onlar fürsətdən istifadə edərək başqa məsələləri, istəkləri ortaya qoymaq, həm də təkcə öz istəklərini yox, başqalarının da istəklərini ortaya qoymaq istəyirlər. Ölkə rəhbərliyi istəsəydi, bu mitinqə icazə verməzdi, ancaq verdi. Yəni hər kəs deyir ki, buyurun, sivil qaydada mübarizə aparın, fikirlərinizi paylaşın. Amma çox təəssüflər olsun ki, guya siyasət ilə məşğul olan bu adamlar hər addımda ölkə əleyhinə kəmfürsətlik edirlər və bu da təbii ki, heç zaman cəmiyyət tərəfindən qəbul edilmir".

Əli Kərimlinin Müsavat Partiyasından bir gün öncəyə mitinq təyin etməsi məsələsinə gəlincə isə, F.Quliyev bildirib ki, baş verənlər heç də təəccüblü deyil: "Başqa dövlət tərəfindən formalaşdırılmış bəzi qurumlar öz aralarında məsələləri bu cür araşdırırsa, bunun heç Azərbaycan cəmiyyətinə aidiyyatı yoxdur. Hər halda bu "mehriban dostlar"ın münasibətləri həmişə ortada olub, bir ara birləşiblər, sonra bir-birilərini ən ağır formada ittiham ediblər. Ona görə də baş verənlər təccüblü deyil. Ölkənin taleyi, xalqın mənafeyi bunlar üçün ikinci dərəcəli məsələlərdir, sadəcə gündəmdə qalmaq, ayaq üstə qalmaq üçün bu məsələlərdən istifadə etmək, ən yaxın "dostlar"ını rəqib sifətində əzmək belə bunlar üçün adi bir qaydadır. Mən bütün baş verənlərdən təəccüblənmədim".

Geri dön