Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Quba Günərzi Qayğı Mərkəzi fəaliyyətini uğurla davam etdirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Quba Günərzi Qayğı Mərkəzi fəaliyyətini uğurla davam etdirir

Quba Günərzi Qayğı Mərkəzi fəaliyyətini uğurla davam etdirir



Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydasının” təsdiq edilməsi haqqında 2012-ci il 30 dekabr tarixli 330 nömrəli qərarına müvafiq olaraq, 2013-cü ildən sosial xidmət sahələri üzrə sifarişlərin verilməsini həyata keçirir.
Təqdirəlayiq haldır ki, Nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən uşaqlara sosial xidmətlərin göstərilməsi istiqamətində ötən dövr ərzində müxtəlif layihələr icra olunub.
Qeyd olunmalıdır ki, “uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi əsasında Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən yaradılmış Quba Günərzi Qayğı Mərkəzi öz fəaliyyətini uğurla davam etdirməkdədir.
Mərkəzdə 3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində müxtəlif sosial xidmətlər göstərilir. Mərkəzdə məktəbəqədər və məktəb yaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılıb və buraya tək valideynli, hər iki valideynini itirmiş və genişlənmiş ailənin himayəsində olan uşaqlar, daimi iş yerinin olmaması səbəbindən günün çox hissəsini günəmuzd qaydada işləyən valideynlərin uşaqları və inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud uşaqlar cəlb edilib.
Mərkəzə cəlb olunmuş uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə ixtisaslı işçi heyət məşğul olur.
Mərkəzdə uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesi təşkil edilir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafı və tərbiyəsi ilə məşğul olunur, müxtəlif təlimlər həyata keçirilir və onların asudə vaxtlarının səmərəli təşkil üzrə tədbirlər görülür. Psixoloji testlər və məsləhət saatları, musiqi dərsləri, idman yarışları və əyləncəli oyunlarda uşaqlar böyük həvəslə iştirak edirlər. Mərkəzdə həssas qruplardan olan uşaqların asudə vaxtlarının təşkili üçün mütəmadi olaraq müxtəlif ekskursiyalar, gəzintilər, cizgi filmlərinin nümayişi reallaşdırılır.
Mərkəzin əməkdaşları və uşaqların valideynləri üçün təlimlər təşkil edilir, onların bilik və bacarıqlarının artırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Mətbuat xidməti

Geri dön