Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Henri Kissencer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi ilə görüşüb
Henri Kissencer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi ilə görüşüb |
Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət xadimi, siyasətçi, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüş "Appeal of Concience" Fondunun prezidenti Rabbi Artur Schneier tərəfindən Fransa prezidenti Fransua Ollandın şərəfinə verilən ziyafət mərasimi çərçivəsində baş tutub. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak edib. H.Kissencerə təşkilatın fəaliyyəti və V Qlobal Bakı Forumu barədə məlumat verilib, Forumun əhəmiyyəti xüsusu vurğulanıb. Bildirilib ki, Qlobal Bakı Forumu artıq dünyanı və Avropanı narahat edən qlobal məsələlərin müzakirə edildiyi platformaya çevrilib. Forumun ölkələr və mədəniyyətlər arasında əməkdaşlıq və əlaqələrin qurulması baxımından da mühüm əhəmiyyət kəsb etdiyi də qeyd olunub. Qeyd edək ki, 2014-cü ildə H.Kissencerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi Qızıl medalı təqdim olunub. O, ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır. ABŞ-ın müasir xarici siyasətinin formalaşmasında mühüm rola malik H.Kissencer ABŞ-SSRİ münasibətlərinin yeni müstəviyə keçməsinin təşəbbüskarı və icraçısı, ölkəsinin Çin ilə münasibətlərinin əsasını qoyan, Vyetnam müharibəsini bitirən Paris sülh müqaviləsini imzalayan siyasətçi kimi tarixə düşüb. Geri dön |