Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Düşmənə xəbərdarlıq edib deməliyik ki...”
Fərəc Quliyev: “Düşmənə xəbərdarlıq edib deməliyik ki...” |
Ermənistan bir neçə gündür ki, Azərbaycanın işğal edilmiş torpaqlarında hərbi təlimlər keçirməkdədir. Ağdam ərazisində keçirilən atəş məşqlərinin səsinin hətta qonşu rayonlarda belə eşidildiyi bildirilir. Maraqlıdır, Azərbaycan işğaldakı torpaqlrında irimiqyaslı hərbi təlimlər keçirən ermənilərin bu addımına hərbi və ya diplomatik konteksdə qarşılıq verməlidirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev ermənilərin bu və bu kimi addımları ilə bağlı cavab tədbirləinin görülməsini vacib hesab etdiyini vurğuladı: “Ermənilər Azərbaycan torpaqlarını işğal etdikdən sonra burada hər cür fəaliyyətlə məşğul olublar. Bizim mədənlərimizi, meşə massivlərimizi, təbii ehtiyatlarımızı talayıb aparıblar. Zəngilan ərazisindəki palıd meşələri tamamilə məhv edilib. Tarixi abidələrimizi dağıdıblar. Daşınması mümkün olan hər şeyi daşıyıblar. Ərazilərimizdən narkobiznes mqəsədi üçün də istifadə edirlər. Torpaqlarımızda nüvə tullantıları basdırırlar. Indi isə işğaldakı ərazilərimizdə hərbi təlimlər keçirməkdədirlər. Hesab edirəm ki, biz beynəlxlq konvensiyalara uyğun olaraq öz ərazilərimizdə nəzarəti üzərimizə götürməklə bağlı bütün tədbirləri görməliyik və görə bilərik. ATƏT-in Minsk qrupu və başqa beynəlxalq təşkilatlara da kifayət qədər imkan verildi ki, aprel savaşında sonra məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan tərəfi yuxarıda sadaladığım hallar, eləcə də hərbi təlimlərlə bağlı əks-tədbirlər görməlidir. Bu yöndə hansısa əks tədbir görmək imkanı varsa, artıq bu imkanları dəyərləndirmək lazımdır. Ermənilər hərbi aerodrom inşa etmişdi və ondan istifadə etmək istəyirdi. Lakin Azərbaycan tərəfi bəyan etdi ki, əgər həmin aerodromdan istifadə olunsa, ora enən və qalxan təyyarələri vuracaq. Bu bəyanatdan sonra ermənilər həmin aerodromu istifadəyə vermədi. Azərbaycan diplomatiyası işə düşməli və xəbərdarlıq etməlidir. Bildirməlidir ki, ermənilər bu ərazilərdə istər hərbi təlimlər, istərsə də digər addınmlar atmamalıdır. Atacaqlarsa, Azərbaycan tərəfindən buna cavab olaraq lazımi tədbirlər görüləcək”. Seymur Əliyev Geri dön |