Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan Xəbərləri
Güney Azərbaycan Xəbərləri |
Yeni parlamendə İranın siyasi xətti daha da kəskin olacaq
İranda martın 2-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələri artıq məlumdur. İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar parlament seçkilərində seçicilərin 65 faizə yaxının, başqa sözlə seçki hüququna malik 48 milyon əhalinin 26 milyonun iştirak etdiyini bildirib. Nazir bildirib ki, artıq 145 seçki məntəqəsində seçkilərin nəticələri məlumdur. Son nəticələrə görə, 290 yerlik parlamentə 135 nəfər deputat seçilib, 10 namizəd isə ikinci mərhələdə mübarizə aparmalı olacaq. Qeyd edək ki, İranda parlament seçkiləri İsrail və Qərblə münasibətlərin gərgin olduğu bir dövrə təsadüf edib. Ölkənin ali dini lideri Seyid Əli Xamaneyi seçkilərin İran xalqının bir sınağı adlandıraraq xalqı səsverməyə çağırıb. Son seçkilərin daha bir məqamı bu dəfə ki seçkilərdə mübarizənin mühafizəkar adlandırılan dindar qrupların arasında davam etməsidir. Qərb mediasının yazdığına görə, əsas rəqiblər hazırkı prezident Mahmud Əhmədinejadın və ali dini liderin tərəfdarlarıdır. Son məlumatlara görə, prezident Mahmud Əhmədinejadın mühafizəkar rəqibləri irəlidə gedir. Belə ki, ali dini lider Ayətulla Əli Xamneyinin tərəfdarları bir neçə regionda qalib gəliblər. Əhmədinejadın doğma şəhəri Qarmsarda isə onun kiçik bacısı Pərvin Əhmədinejadın uduzduğu xəbər verilir. Eyni zamanda bu dəfəki seçkilərdə 2009-cu ildə keçirilən seçkilər zamanı müxalif cəbhəni təmsil etmiş Mehdi Kərrubi və Mirhüseyn Musəvinin tərəfdarları iştirak etmir. Müxalifət seçkiləri boykot etdiyini elan edib. İranda son parlament seçkilər demək olar ki, alternativsiz keçib.İranın yeni qanunverici orqanı mühafizəkar ağırlıqlı olacaq. Bu isə daha çox rejimin qarşıda ölkəni gözləyən beynəlxalq təzyiqlərə müqavimət imkanlarını gücləndirmək məqsədi güdüb: “Bu seçkilərdə müxalif namizədlər qeydə alınmadı. Digər tərəfdən, müxalifət və islahatyönlü şəxslər vardı, hansılar ki, 2009-cu il seçkilərində xalq etirazlarının önündə gedirdilər. Həmin şəxslər seçkiləri boykot etdilər. O baxımdan, İranda son seçki demək olar ki, alternativsiz keçdi. Bəzi müşahidələrə görə, bu dəfə mübarizə mühafizəkar qüvvələrin öz aralarında keçdi. Bu qüvvələrin birinin başında dini lider ayətullah Seyid Əli Xameneyi, digər qrupun liderinin isə hazırkı prezident olduğu bildirilirdi. Gələn şərhlərə görə, seçkilərdə ali dini liderin tərəfdarları qalib gəlib. Bu isə onu göstərir ki, İranın siyasi xətti daha da kəskin olacaq. Bu seçkilərlə qarşıda İranı gözləyən təhlükələr qarşısında bir növ “kəmərləri bərkitdi”. Parlament birmənalı olaraq mühafizəkarların nəzarətinə keçdi. İlk rəy bundan ibarətdir ki, parlament alternativsizdir, çünki üzvlərin böyük əksəriyyəti mühafizəkarlardan ibarət olacaq”. Seçkilərdə mühafizəkar qanad daxilində çatın olduğunun üzə çıxdığını deyən N.Mirininin qənaətinə görə, bu vəziyyət artıq qatı dinçilər İranın faktiki sahibi olduğunu göstərir: “Bu parlament seçkiləri bunu bir daha sübut etdi. Ölkəni gözləyən təhlükələr qarşısında mühafizəkarlar qanunverici orqanda möhkəmləndilər. Bu həm də ona işarədir ki, yeni prezidentin də Xameneyinin təyinatı ilə müəyyən olunacaq”. yeni İran parlamenti Qərbə münasibətdə daha sərt olacaqı ehtimal olunur, danışıqlara, güzəştlərə meylli olmayacaq: “Bundan sonra demək olar ki, İrandakı bütün güc mərkəzləri mühafizəkarların əlinə keçdi. Buna qədər İranda parlament dini liderdən sonra ikinci güc mərkəzi hesab olunurdu. Ancaq bu seçkilərlə qanunverici orqan da nəzarətə götürüldü. Bu da onu göstərir ki, bundan sonra artıq xarici siyasətdə də güzəştsiz xətt götürüləcək. Bu isə həm də Qərblə növbəti qarşıdurmanın anonsudur”. Ərdoğan İrana səfər edəcək Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək.Mehr” xəbər agentliyinin verdiyi məlumatına görə, səfər martın 26-27-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçiriləcək və iki gün davam edəcək Beynəlxalq Nüvə Təhlükəsizliyi Konfransından sonra reallaşacaq. Konfransın əsas müzakirə mövzusu İranın mübahisəli nüvə proqramı olacaq. Türkiyənin baş naziri konfransda “altılıq” ölkələri və İran arasında müzakirələrin İstanbul şəhərində keçirilməsini təklif edəcək. Razılıq əldə olunacağı təqdirdə, tərəflər arasında danışıqlar ən geci bu ilin aprelində İstanbulda başlayacaq. R.T.Ərdoğan Tehrana səfəri zamanı İran prezidenti Mahmud Əhmədinejada konfransın detalları barədə ətraflı məlumat verəcək.Qeyd edək ki, Türkiyə baş nazirinin əvvəlcə martın 28-də Seuldan Tehrana səfər etməsi planlaşdırılsa da, həmin gün İran prezidenti ölkədə olmayacaq. Əhmədinejadın bacısı deputat ola bilmədi İran prezidenti Mahmud bacısı Pərvin Əhmədinejad martın 2-də ölkədə keçirilmiş IX çağırış parlament seçkilərində qələbə qazana bilməyib. məlumatına görə, Tehran şəhərinin Bələdiyyə Məclisinin üzvü olan P. Əhmədinejad Germsar şəhərindən deputatlığa namizədliyini versə də, seçkilərdə mühafizəkar rəqibinə məğlub olub. “Associated Press” xəbər agentliyi də ilkin nəticələrə görə seçkilərdə İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyiyə yaxın mühafizəkarların qələbə qazandığı, prezident Mahmud Əhmədinejadın isə ağır zərbə aldığı barədə xəbər yayıb. İsrailin baş naziri İranın “altılıq”la yenidən müzakirələrə başlamasına qarşı çıxıb İsrailin baş naziri Benyamin Netanyahu Kanadanın baş naziri Stiven Cozef Harperlə keçirdiyi birgə mətbuat konfransında İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la yenidən müzakirələrin başlanmasına qarşı olduğunu bəyan edib. Məlumatlara görə, baş nazir deyib ki, İran bu görüş vasitəsilə daha əvvəllər etdiyini edə bilər.“Onlar yenə bu müzakirələrdən aldatmaq və zaman qazanmaq üçün istifadə edə bilərlər. Dolayısı ilə öz nüvə proqramlarını davam etdirib atom silahı istehsal etmək səviyyəsinə çatdıra bilər. Fikrimcə, beynəlxalq birlik bu tələyə düşməməlidir” - deyə B.Netanyahu bildirib. Barak Obama: İranla bağlı bütün seçimlər masa üzərində qalır! ABŞ prezidenti Barak Obama İranın atom bombası əldə etməsinin qarşısını almaq üçün bütün seçimlərin masa üzərində qaldığını yenidən təsdiq edib. Eyni zamanda cənab Obama Amerika İsrail İctimai Əlaqələri Komitəsi (AIPAC) qarşısındakı nitqdə İranla mübahisənin dinc yolla həllinə üstünlük verdiyini bəyan edib. Prezident Obama nüfuzlu AIPAC təşkilatındakı çıxışında İranla müharibə ilə bağlı çox “söz-söhbətin” dolaşdığını bildirib. O, deyib ki, bu cür söz-söhbət neftin qiymətini qaldırmaqla Tehranın mənafeyinə xidmət edir. İran hökuməti spekulyasiyaları gücləndirməklə özünü varlandırır. Barak Obama deyib ki, indi əzələ nümayiş etdirmək deyil, beynəlxalq təzyiqlərin təsirli olması istiqamətində çalışmaq lazımdır. Sabah prezident Obama Ağ Evdə İsrail baş naziri Benyamin Netanyahunu qəbul edəcək. İsrailin İrana hücum edəcəyi ilə bağlı son günlərdə spekulyasiyalar geniş yayılıb. Geri dön |