Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Əlcəzairin enerji naziri: Neftin qiymətinin 50 dollardan aşağı olması neft şirkətləri üçün təhlükəlidir
Əlcəzairin enerji naziri: Neftin qiymətinin 50 dollardan aşağı olması neft şirkətləri üçün təhlükəlidir |
Neftin qiymətinin 50 dollardan aşağı davam etməsi neft şirkətləri üçün təhlükəlidir.
“bloomberght.com” xəbər verir ki, bu sözləri Əlcəzairin enerji naziri Nurəddin Buterfa paytaxt Əlcəzairdə sabah keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) qeyri-rəsmi görüşü ilə bağlı təşkil edilən mətbuat konfransında deyib. “Neftin qiyməti 50 dollardan aşağı davam edəcəyi təqdirdə iri neft şirkətləri də daxil olmaqla heç bir neft şirkət buna müqavimət göstərə bilməyəcək”, - deyə N.Buterfa qeyd edib. Neft bazarında sabitliyin təmin edilməsinin vacibliyini bildirən nazir ölkəsinin OPEC-in bu görüşünün rəsmi yığıncaq formatında nəticələnməsi üçün çalışdığını təkrarlayıb, lakin bununla bağlı yekun qərarın təşkilatın baş katibi və kartelin üzvləri tərəfindən veriləcəyini ifadə edib. O, Səudiyyə Ərəbistanının neft hasilatını yanvar ayı səviyyəsində “dondurmağa” və gündəlik istehsalını 10 milyon 500 min barreldən 10 milyon 100 min barrelə azaltmağa hazır olduğunu deyib Qeyd edək ki, OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində bir araya gəlməsi gözlənilir. Geri dön |