Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Üzeyir Hacıbəyliyə həsr olunmuş “Korifey” mövzusunda növbəti diskussiya (01/10/2016)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Mədəniyyət > Üzeyir Hacıbəyliyə həsr olunmuş “Korifey” mövzusunda növbəti diskussiya (01/10/2016)

Üzeyir Hacıbəyliyə həsr olunmuş “Korifey” mövzusunda növbəti diskussiya (01/10/2016)



1 oktyabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun (DTQ) təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş “Korifey” mövzusunda növbəti diskussiya keçirildi.  
Tədbiri giriş sözü ilə BAO Dil və Tarix Qurumunun (DTQ) üzvü Elmar Həsənli  açdı. Öncə Üzeyir hacıbəylinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Sonra Üzeyirbəyşünas Səadət Qarabağlı (Nuiyeva) mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, Ü.Hacıbəylinin həyat və yaradıcılğı haqqında, o cümlədən zəngin bəstəkarlıq və yazıçılıq fəaliyyəti haqqında geniş məlumat verdi. Onun Şərqdə ilk operanın, Rusiya imperiyasında ili operettonun müəllifi olduğunu qeyd etdi. “Ü.Hacıbəylinin adı güllələnməli şəxslərin siyahısında olmub. Məlumat N.Nərimanova çatanda o, siyahənı alaraq qəraı ləğv etdirib. Onun repressiyalardan qorunmasında Stalinlə yaxın münasibətdə olmasının da rolu olmuşdur. Ü.Hacıbəyli 1948-ci ildə erməni məmşəli həkim tərəfindən şəkər xəstəliyindən düzgün müalicə olunmaması nəticəsində vəfat etmişdir”. 
Daha sonra tədbir iştirakçılarından Elmar Həsənli, Bəxtiyar Tuncay, Şahin Bəkirli, Oqtay Daşoğuz, Faiq Ələkbərov, Aydın Mədətoğəlu vəb.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

Geri dön