Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > “Gürcüstandakı Türk toponimlərinin bərpasının strateji əhəmiyyəti” haqqında danışıldı.
“Gürcüstandakı Türk toponimlərinin bərpasının strateji əhəmiyyəti” haqqında danışıldı. |
Borçalı Cəmiyyətinin Gənclər Təşkilatının bir qrup üzvləri və digər gənclər “Gürcüstandakı Türk toponimlərinin bərpasının strateji əhəmiyyəti” mövzusunda tədbir keçirib.
Onlar “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və Cəmiyyətin İdarə Heyəti üzvləri olan Şair Mədət Coşqun, Rəşid Bədəlov, Hüquq şöbəsinin sədri Yusif Kərimov kimi ziyalılarla görüş keçirmişdir. Görüşü açıq elan edən “Borçalı” Cəmiyyəti Gənclər təşkilatının İdarə Heyətinin sədri Alı Adıgözəl “Borçalı” Cəmiyyətinin toponimlərlə bağlı gördüyü işlərdən danışdı. O, bu məsələdə gənclərin başladıqları kompaniyanın məntiqi davamı kimi 16 fevral tarixində Gürcüstan səfirliyi önündə keçirilən aksiyaya yer ayırdı və bu məsələnin strateji əhəmiyyəti mövzusunda çıxış üçün sözü sədr Zəlimxan Məmmədliyə verdi. Zəlimxan bəy çıxışında ilk öncə gəncləri bu yolda iradə, cəsarətlərinə görə təqdir etdi. Gəncləri hər bir Türk diyarının ümumilli problemlərində bir olmağa səslədi. Daha sonra o, Cəmiyyətin Gürcüstanda sturkturlaşması istiqamətində, orada filialın yaradılması məsələsinin artıq qəbul olunduğuna və bunun əhəmiyyətindən danışdı. O, “Borçalı” Cəmiyyətinin bu ili “Toponimlərin bərpası ili” olduğunu qeyd etdi. Toponimlərin bərpası iki ölkə arasında sıx əməkdaşlıq münasibətlərinə çox böyük təsir olacağını qeyd etdi. Bölgədə Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycan-Gürcüstan-Türkiyə münasibətlərinin möhkəmlənməsi bizim strategiyamızın əsaslarından biridir. Borçalı türklərinin Gürcüstan cəmiyyətinə dahada sürətli inteqrasiasında, Borçalı Türklərinin Gürcüstan dövlətinə həmdə milli dövlət kimi yanaşmasında toponimlərin bərpasının strateji əhəmiyyəti çox böyükdür. Toponimlərin bərpası bölgədə barış və sülhə xidmət edər, bununla Gürcüstan bölgədə demokratik imicini dahada artırar və bununlada türk dünyasının, həmdə beynəlxalq ictimaiətin nüfuzunu qazanar. Bu baxımdan biz inanırıq ki, Gürcüstan hakimiyyəti hüquq müstəvisində bu məsələdə haqqı bərqərar edəcək. Daha sonra tədbirdə ziyalılarımız öz dəyərli düşünclərini gənclərlə bölüşmüş. Tədbir qarşılıqlı sual cavab formasında davam etmişdir. Tədbirdə həmçinin Azərbaycan Milli Demokrat Partiyası Gənclər təşkilatının sədri Tural Abbasov və digər ümumilli məsələləri hamımızın problemi hesab edən gənclər iştirak edirdilər. Sonda qərar alındı ki, “Borçalı” Cəmiyyəti bu ili “Toponimlərin bərpa ili” qeyd edib və biz doğal haqqımızı bərpa etmək üçün proqmatik düşüncəylə silsilə tədbirlər, askiyalar həyata keçirməklə hədəfə doğru mübarizə aparmalıyıq. Geri dön |