Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Lavrovun İrəvan səfəri hansı xarakter daşıyır?
Lavrovun İrəvan səfəri hansı xarakter daşıyır? |
Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də İrəvana səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Lavrov İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. M. Zaxarova onu da əlavəe dib ki, KTMT-nin iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə oluna bilər. Şübhsəzi ki, S.Lavrovun İrəvan səfərindən gözəntilərlə bağlı müxtəlif şərhlər, iddialar dolaşmaqdadır. Bəzi xarici ekspertlər bunu Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı canfəşanlıq göstərməsi kimi izah edir, əskəriyyət isə məlum səfəri S.Lavrovun Ermənistana "qorxma arxandayıq" meajını verməsi kimi xarakterizə edir.Maraqldır, bəs yerli politoloqlar və parlamentarilər bu haqda nə düşür? S.Lavrovun İrəvan səfəri hansı xarakter daşıyır?
Tərəfdar.az-ın suallarını cavablandıran millət vəkili, Fərəc Quliyev qeyd edib ki, postovet məkanında nə qədər münaqişə ocağı varsa, hamısını Rusiya yaradıb və həmişə də strategiyalarında keçmiş SSRİ-nin bərpası siyasətini nəzərdə tutublar: " Son vaxtlar bunu açıq şəkildə bəyan edirlər. Əslində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlərdə yenilik yoxdur. Rusiya sadəcə olaraq aprel savaşında Azərbaycanın dayanması və məsələnin dinc yolla həllinə dair çağırış etdi. Amma arasından bir müddət keçəndən sonra hərbi balansı saxlamaq üçün Ermənistanla münasibətlər yaratmağa başladı. Birmənalı şəkildə Rusiya məsələnin həll olunmasında maraqlı deyil. Qarabağ münaqişəsinin bu cür qalmasında hər iki tərəfə təzyiq göstərməkdə maraqlıdır. Ona görə də, indi KTMT-nın iclasında da hansısa yeni bir qərarın qəbul olunacağı gözlənilmir. Moskva bu məsələni heç bir ölkə ilə müzakirə etmir. Birmənalı şəkildə təkbaşına qərarlar verir və bu qərarları da Ermənistana icra etdirir. Rusiyadan yaxşı bir şey gözləməyə dəyməz. Rusiya Minsk qrupunda tərəfsiz olmaq əvəzinə birmənalı olaraq Ermənistanın tərəfindədir". Geri dön |