Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mixail Saakaşvili: “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!” - VİDEO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Mixail Saakaşvili: “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!” - VİDEO

Mixail Saakaşvili: “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!” - VİDEO


Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili martın 7-də Milli Məclisə gəlib.

Mixail Saakaşvili Milli Məclisdə çıxış edib.

Gürcüstan prezidenti çıxışında Azərbaycan dövlətinin yaranması tarixinə də toxunub və Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin adını çəkib. Çıxışının bu hissəsində Mixail Saakaşvili Azərbaycan dilində danışıb və Məhəmməd Əmin Rəsulzadənin məşhur sözünü xatırladıb: “Bir kərə yüksələn bayraq bir daha enməz!”

Gürcüstan prezidenti Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri Cavad xan, Üzeyir Hacıbəyli, Fətəli xan Xoyski, Nəriman Nərimanov və başqalarının da adlarını çəkib.

Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu, ölkələrin müttəfiqliyinin sarsılmazlığını vurğulayan Mixail Saakaşvili çıxışının sonunda da Məhəmməd Əmin Rəsulzadənin sözünə qayıdıb. Milli Məclisdə rus dilində çıxış edən Gürcüstan prezidenti “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözlərini əvvəlcə rus, sonra gürcü, daha sonra Azərbaycan dilində səsləndirərək nitqini yekunlaşdırıb.


Geri dön