Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yağıntılar qara keçib - Xınalıqda qarın hündürlüyü 18 sm olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Yağıntılar qara keçib - Xınalıqda qarın hündürlüyü 18 sm olub

Yağıntılar qara keçib - Xınalıqda qarın hündürlüyü 18 sm olub


Oktyabrın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava ilə məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 16-sı gündüzdən 17-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edərək şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Bakıda və Abşeron yarımadasında: Bakı-ADA (avt.st) 43 mm, Bakıda 24 mm, Əhmədli, Maştağada 15 mm, Bayıl yamacı, Montində 12 mm, Qumyataq, Binədə 10 mm, Sumqayıt, Zabratda 9 mm, Pirallahı, Çilov adasında 5 mm, Ələtdə 3 mm; Böyük Qafqazda: Şinçay HMM-da 42, Şəkidə 34, Qalacıq (İsmayıllı), Kürmükçay-İlisuda (Qaxbaş) 32, Oğuzda 30 mm, Qaxmuğal MM, Sarıbaşda (Qax) 29, Kişçayda (Şəki) 27, Balakəndə 26, Qaxda 24.0, Zaqatala, Qəbələ, Xaltanda 18, Şamaxıda 14, Qubada 13, Altıağacda 12, Mərəzə, İsmayıllıda 9, Nabranda 7, Xaçmazda 5, Şirvanda 1; Kiçik Qafqazda: Göygöldə 2, Gədəbəy, Daşkəsəndə 1mm. yağıntı düşüb.

Qazax-Gəncə zonasında yağıntının miqdarı Tovuzda 12, Köçəsgərdə 9, Ağstafada 7, Düz Qışlaq, Dağ Kəsəməndə 5, Ağdamda 3, Ceyrançöl, Naftalan, Gəncə, Hacıkənd, Şəmkirdə 1.0-2.0 mm;

Mərkəzi-Aran rayonlarında: Tərtər, Göyçayda 3, Ağsuda 2, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Qazıməmməddə 1mm.

Lənkəran-Astara zonasında: Lənkəranda 81, Göytəpədə 20, Astarada 16, Lerikdə 11, Rvarudda 7, Yardımlıda 6, Biləsuvarda 1 mm təşkil edir.

Qar örtuyünün hündürlüyü isə Böyük Qafqazın dağlıq və dağətəyi rayonlarında: Xınalıqda 18 sm, Qonaqkənddə 11, Qırızda 7, Susay, Rük MM-da 6, Ləzədə 5, Nohurdüzündə 4, Xaltanda 3, Altıağacda 2, Sarıbaşda (Qax) 3 sm olub.

Geri dön