Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək

“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək


Bakı. 19 oktyabr. REPORT.AZ/ Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunan “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək.
Fondun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilən tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərir. Kitabın müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır.
Kitab-kataloqda ilk dəfə olaraq, çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan foto-şəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb. Kataloqda xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri, geyimə bənd edilən tikmə-hörmə bəzəklər və s.) də kataloqlaşdırılıb, onların elmi dəyəri müəyyən olunub.

Geri dön