Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > IMF növbəti dəfə Azərbaycan üzrə proqnozunu yaxşılaşdırıb
IMF növbəti dəfə Azərbaycan üzrə proqnozunu yaxşılaşdırıb |
Azərbaycanda ümumdaxili məhsul istehsalı (ÜDM) bu il 1% artacaq.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) "Qafqaz və Mərkəzi Asiya" ilə bağlı açıqladığı növbəti proqnozda deyilir. Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 2,4%-lik iqtisadi artım olacaq. Maraqlıdır ki, bundan öncə IMF bu il üzrə Azərbaycanda 2,4%-lik iqtisadi azalma, gələn il üzrə isə 1,4%-lik artım proqnozlaşdırıb. Hesabatda həmçinin deyilir ki, bu il Azərbaycanda orta illik inflyasiya 10,8%, gələn il isə 8,7% səviyyəsində olacaq. Halbuki, bundan öncə bu göstəricilər müvafiq olaraq 10,2% və 8,5% olub. Tədiyyə balansının isə bu il 3,5% azalacağı, 2017-ci ildə isə 2% azalacağı proqnozlaşdırılır. Geri dön |