Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı

Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı


Bu yaxınlarda mənə xəbər verdilər ki,oktyabrın 10-11-də Bakıda Azərbaycan Respublikası Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda mühacirət ədəbiyyatına aid elmi konfrans keçiriləcəkdir. O vaxtlarda paytaxtdan uzaqlarda olduğum üçün gözlədiyim məclisə gedə bilmədim. Ancaq burada 19-cu əsrin 80-ci ilərindən başlayaraq, Türkiyədə mühacir həyatı yaşamış Ünsizadələr haqqında söhbət açılıb-açılmayacağı ilə maraqlandım. Bəlkə də kulyarlarda ( qeyri-rəsmi dairələrdə-N.N.) söhbət olub, amma gündəlikdə bu məsələ yox imiş.
Bu da təbiidir.Belə ki, bəzi ədəbiyyatşünaslar Türkiədə yaşayıb-yaradan söz ustalarımızın yaradıcılığını mühacirət ədəbiyyatına aid etmirlər. Bununla razılaşmaq olar. Türkiyə həmişə babalarımızın üz tutduqları müqəddəs məkan olub. İndi də Türkiyəyə üz tutanların, burada təhsil alan, ali məktəblərdə dərs deyən azərbaycanlı gənclərimizin sayı getdikcə artır.
Türkiyə ilə Azərbaycan arasında elmi, mədəni və iqtisadi əməkdaşlığın kökləri bir neçə əsr bundan əvvələ gedib çatsa da, XIX əsrin II yarısında daha geniş vüsət alır. M.F.Axundzadə,H.Zərdabi (Məlikzadə),Səid Əfəndi Ünsizadə, Rəşid bəy Əfəndizadə, Şəkili Şahin əfəndi və başqaları Azərbaycan --Türkiyə münasibətlərinin formalaşmasında əhəmiyyətli işlər görmüşlər. Bu, geniş mövzudur.
Mən Azərbaycan və Türkiyədə formalaşan ədəbi və mədəni əlaqələr, maarifçilik ideyalarının yayılmasının bəzi məqamları haqqında 30-dan çox məqalə, onlarla şərh yazıb türk oxucularına ünvanlamışam. Burada əsas yeri Türlkiyədə çap olunmuş ilk Azərbaycan dərslikləri, pedaqoji mətbuat tariximizin Türkiyə ilə ilgili məqamları, Azərbaycan kökənli, Azərbaycan əsilli Abdulbaki Gölpınarlının həyatı və yaradıcılığı kimi məsələlərə xüsusi diqqət verilmişdir.

Azərbaycan və Türkiyə arasında geniş və hərtərəfli elmi və mədəni əlaqələr yaradan maarifçilərimizdən biri Hacı Səid Əfəndi Ünsizadədir. Səid Ünsizadə əslən şamaxılıdır.Atası Əbdürrəhman Əfəndi dövrünün adlı-sanlı işıqlı fikir adamlarından biri idi. Onun "Ünsi" təxəllüsü ilə şeirlər yazması da məlumdur. Əbdürrəhman Əfəndinin üç öğlu var idi: Səid, Cəlal və Kamal. Hər üç qardaşın mətbuat tariximizdə özünə məxsus yeri vardır. Səid Ünsizadə milli mətbuatımızın formalaşmasında H.Zərdabidən sonra ən mötəbər yeri tutmuş, 1879-1884-cü illərdə Tiflisdə "Ziya" adlı həftəlik qəzet çap etdirmişdir.Əvvəllər "Ziya"nın çıxarılmsına kömək edən Cəlal Əfəndi 1883-cü il yanvarın 31-də "Kəşkül" adlı jurnalın nəşrinə başlayır. Azərbaycan tarixçiləri "Kəşkül"ün qəzetinin ilk nömrəsinin 1880-ci ildə çap olunduğunu yazsalar da, bu, yanlış fikirdir. "Kəşkül"ün ilk nömrəsi 31 yanvar 1883-cü ildə jurnal şəklində çap olunmuşdur. Bir ildən sonra isə bu mətbu orqan qəzet formatında çıxmışdır.
Ünsizadə qardaşlarının Tiflisdə gördükləri maarifçilik fəaliyyəti çoxlarını qıcıqlandırırdı.Onların əleyhinə yönələn kompaniyada həm bəzi dövlət məmurları,həm də özünü dost kimi göstərən köhnə tanışlar da var idi. Səid Ünsizadə Zaqafqaziya Əhli-Təsənni Ruhani İdarəsinin maarif məsələlərinə baxan üzvü olsa da, geniş pedaqoji fəaliyyət göstərirdi.Onu Tiflisdəki Ali Pedaqoji məktəblıərin birinə dərs deməyı dəvət etmişdilər.
S.Ünsizadənin şəxsi daş basmaxanası (litoqrafiyası) var idi. Litoqrafiya üsulu ilə basılan kitabların mütaliəsinin çətinliyini hiss edən S.Ünsizadə öz şəxsi vəsaiti hesabına bir müddətdən sonra Tifliusdə avadanlıqları İstanbuldan gətirilən Azərbaycan dilli mətbəə açır və burada kitab çapına geniş yer verilir.
S.Ünsizadə dövrünün ən çox oxunan publisisti idi.Onun yazılarının əksəriyyəti məktəb və maarif məsələlərinə, təlim və tərbiyənin inkişaf etdirilməsinə həsr edilmişdir.
S.Ünsizadə mətbuat dilinə sadəlik və gözəllik gərirən söz ustalarından idi.O, ana dili ilə yanaşı,fars,ərəb və rus dillərində də yazmağı bacarsa da, üstünlüyü düşündüyü dilə-Azərbaycan dilinə verirdi.
S.Ünsizadə yazılarının birində şəxsi mətbəəsində çap etdyi qəzetdən maddi qazanc götürmıədiyini yazırdı. O, başqa yerdən qazandıqlarını qəzet çapına yönəltdiyini xüsusilə vurğulayırdı. Başqa yer deyəndə, S.Ünsizadə çox güman ki, yazdığı dərslik və risalələrin çapını,eləcə də Ruhani İdarəsinin üzvü kimi aldığı yüksək maaşı nəzərdə tuturdu. S.Ünsidadə iki dərsliyin,bir neçə risalənin müəllifidir. "Həyat" qəzetinin 5 iyul 1905- ci il tariuxli 21-ci nömrəsində dərc olunan nekroloqdan öyrənirik ki, Səid Ünsizadə QURANın türk dilinə təfsirini yazmışdır.
S.Ünsizadə "Kəlilə və Dimnə"dən ( "Hümayünnamə"dən-N.N.) tərcümə etdiyi bir neçə hekayəni "Ziyayi-Qafqasiyyə" qəzetində dərc etmişdir.
S.Ünsizadənin qohumlarından birinin dediyinə görə, onların ailə arxivindəki bir əlyazma sənədində Səid Ünsizadənin Şamaxı və onun ətrafında kifayət qədər malı,mülkü olduğu qeyd olunmuşdur.
Səid Ünsizadə dostluq etməyi bacaran ziyalılardan idi. Onun Bakı qubernatoru D.Staroselski ilə dostluq münasibətləri Azərbaycanın maarif və mədəniyyət tarixi üçün faydalı və gərəkli olmuşdur.
S.Ünsizadə 1870-ci illərin sonlarında Şamaxı qazısı vəzifəsində işləyərkən məhz Bakı qubernatorunun tövsiyə və təqdimatı ilə Tiflisə ruhani idarələrinin fəaliyyətini yoxlamağa göndərilmişdi.Sonralar D.Staroselski Tiflisdə yüksək dövlət qulluğunda işləyərkən, çox güman ki, onların işgüzarlıq əlaqələri daha da genişlənmişdir.
Bugünkü araşdırmalar sübut edir ki,S.Ünsizadə Tiflisə adi yoxlamadan daha çox daimi işləməyə göndərilmişdir.S.Ünsizadə Tiflisə ezamiyyətə göndərilləndə Zaqafqaziya müftisi şamaxılı Əbdülhəmid Əfəndi Mustafa Əfəndi oğlu Əfəndizadə idi.Ə.M.Əfəndizadə də Tiflisə Şamaxı qazısı vəzifəsindən getmişdi. Ə.M.Əfəndizadə Şərq ədəbiyyatı,islam məfkurəsi bilicisi idi. O, M.F.Axundzadənin yaxın dostlarından biri kimi tanınırdı.M.F.Axundzadə o vaxtlar Brüsseldə oxuyan oğlu Rəşidə göndərdiyi məktublarda ona şeyxülislam Əhməd Hüseynzadədən və müfti Ə.Əfəndizadədən salam göndərirdi. 1881-ci ilin dekabrında müfti Ə.M.Əfəndizadə beyninə qan sızması nəticəsində dünyasını dəyişir.S.Ünsizadə təziyyə məsələləri ilə məşğul olsduğu üçün həftəlik "Ziya" qəzetinin bir nömrəsi vaxtında çıxmır. Müftilik vəzifəsi uğrunda açıq və gizli mübarizə gedir. Çoxları Səid Ünsizadənin müfti olacağını güman edir, hətta "Qafqaz" qəzetində bu fikir daha çox qabardılırdı. Özünü müfti vəzifəsində görmək istəyənlərdən biri də Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü Molla Əhməd Əfəndi Məhəmmədzadə idi. O, himayədarlarının,o cümlədən Qafqaz rəhbərliyində dini məsələlərə cavabdeh şəxs olan şərqşünas A.P.Berjenin təqdimatı ilə 2 il müftilik vəzifəsi icra edir.1884-cü ilin yanvarında heç kəsin gözləmədiyi şəxs - Hüseyn Əfəndi Qayıbov Qori Müəllimlər Seminariyasındakı müəllimlik işindən ayrılaraq, müftilik vəzifəsinə gətirilir. H.Qayıbov Qoridəki müəllimlik vəzifəsindən əvvəl Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib köməkçisi və daha sonralar katib işləmişdi. Müftiliyə real namizəd olan S.Ünsizadə Şamaxı qazısı təyin olunmaq adı ilə Tiflisdən uzaqlaşdırılır. S.Ünsizadə "Ziya"nın redaktorluğunu özündə saxlasa da, qəzetin çap işiinə nəzarəti damadı (kürəkəni) İsmayı bəy Şilyanskiyə tapşırır. "Ziya" qəzetinin 1884-cü ildə Tiflisdə son 11 nömrəsi çıxır.
Yeri gəmişkən qeyd edək ki,İ.Şilyanski hüquqşunasdır. Onun soyadının Azərbaycanın Şilyan adlı kəndlərinin biri, çox güman ki,Kürdəmirin Şilyan kəndinin adından götürüldüyü ehtimal olunur.Belə ki, indinin özündə Kürdəmirdə Səid Ünsizadənin qohum-əqrəbalarından yaşayanlar çoxdur.

1884-cü ilin əvvəllərində Şamaxıya dini vəzifəyə qayıdan Səid Ünsizadə burada geniş maarifçilik işlərini davam etdirir. Onun buradakı xidmətləri haqqında ən mötəbəır mənbə dostu S.Ə.Şirvaninin yasdığı iri həcmli bir qəsidədə öz əksini tapmışdır.Həmin qəsidə "Ziyayi-Qafqasiyyə" qəzetində dərc olunandan sonra S.Ünsizadənin əleyhinə bədxaharının hücumu daha da güclənir,onun qazı kimi fəaliyyətinə kölgə salmaq istəyənlərin sayı çoxalır.
Arxiv sənədlərini diqqətləı oxuyanda bu yazışmaların bacarıqlı bir təşkilatçısı olması fikri ortaya çıxır.Maraqlı burasındadır ki,dövlət məmurları, o cümlədən Bakı qubernatoru S.Ünsizadəninin fəaliyyətində heç bir kölgəli məsələ olmadığını yazılı
şəkildə ölkə rəhbərliyinə çatdırırlar. Yöndəmsiz yazışmalardan təngə gələn S.Ünsizadə öz ərizəsi ilə tutduğu vəzifədən çıxır. 1890-cı ildə o, 1884-cü ilin iyununda nəşri əsassız yerə dayandırılan "Ziyayi-Qafqasiyyə" qəzetinin nəşrini jenidən bərpa etmək istəsə də, icazə ala bilmir. Ətrafındakı hadisələrdən rəncidə olan Səid Ünsizadənin İstanbula köçməli olur. Burada onun maarifçilik fəaliyyətinin yeni dövrü başlayır. O, Türkiyədə üç dəfə maarif naziri olan Münif Əfəndinin köməyi ilə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olur.
İki ildən sonra Səid Əfəndinin Tiflisdə pedaqoji fəaliyyətlə məşğul olan qardaçı Cəlal Ünsizadə də Tiflisdən İstanbula köçür. İstanbul hər iki qardaşın maarifçilik uğrunda gördükləri işlərə geniş meydan açır. Çox təəssüf ki,Ünsizadə qardaşlarının İstanbul həyatı hələ ciddi şəkildə öyrənilməyib.

Ünsizadə soyadı daşıyanların çoxu Azərbaycanda özlərinə yer tapa bilmir. Təkcə kiçik qardaş Kamal Əfəndi ailəsi və qohum -əqrəbaları ilə birlikdə Bakıda yaşamağa üstünlük verir. O,uzun müddət burada sistemsiz şəkildə "Məzhər" adlı qəzet çıxarır,1906-cı ilin yanvarında yaradılmış Qafqaz Xeyriyyə Cəmiyyətinin üzvü kimi fəaliyyətini davam etdirir.. 
Ömrünü, gününü Bakı ilə bağlayan Ünsizadələrdən biri-Mustafa Ünsizadə itisasca topoqrafdır. O, ixtisas təhsilini Ukraynada almışdır. Mustafa Ünsizadənin bir oğlu- Ədhəm Xəzər Gəmicilik İdarəsini təchizat şöbəsində işləyirdi. O, Bakıda Həsənoğlu küçəsində yaşayırdi. Əli adlı oğlu haqqında məlumatım yoxdur. Mustafa kişinin oğlu Çingiz hərbi həkim idi. O, Zığ hərbi çəhərciyində işləyir və beşmərtəbəli 41 nömrəli evin 35-ci mənzilində yaşayırdı.Bir neçə ildir ki, arvadı Tanara xanımla birlikdə Bakıdan Zaporojye şəhərinə köçmüş və burada dünyasını dəyişmişdir.
Hərbi həkim Çingizin oğlu Vadim də hərbçi idi. O,Şimal sularında sualtı gəmidə kapitanın baş köməkçisi (СТАРПОМ) idi.
Ünsizadələrin mən tanıdığım bir nümayəndəsi Elmira Mustafa qızı Səmədova -Ünsizadə Bakıda köhnə univermağın yaxınlığıında LEÇKOMİSSİYA adı ilə tanınan poliklinikanın 9-cu kabinetində terapevt işləyirdi.Onunla 1990-cı illərin əvvəllərində ünsiyyət qurmışdum. Sonralar CƏNCLİKdəki evlırini dəyişdiklərinə görə telefon əlaqələrimiz kəsildi. Nəvəsi Zaur Səmədovun dediyinə görə Elmira xanım bir neçə ildir ki,həyatını dəyişib.Bu nəslin Səmədov soyadlı bir nünayəndəsi Azərbaycanın ali məktəblərinin birində dekan işləyir.
Bu yaxınlarda internet səhifələrindən Ünsizadələri iki nümayəndisin soyadına rast gəldim.Onlardan biri Leninqrad vilayətinin Qatçina şəhıərindəki Dövlət İqtisad,Maliyə,Hüquq və Texnologiya İnstitutunun (ГИЭФПТ-бывщий ЛОИЭФ) hazırlıq şöbəsinin dekanı, qəbul komissiyasının məsul katibi Olqa İvanovna Ünsi-zadədir. 08.08 1956-cı il təvəllüdlüdür. Tel. (81371) 41321.Onun haqqında bəzi məlumatları və fotoşəklini oxuculara ünvanlayıram.1937-ci ilin xovfundan Olqa İvanovna Ünsizadələr ilə qohumluğunu dana bilər.
Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı

Digər Ünsizadənin -Ünsizadə Natalya Vladimirovnanın sorağı Belorusdan gəlir. Haqqında verilən materiallara görə indi onun 75 yaşı var. N.V.Ünsizadə oxuculara 2014-cü ildə kirayə haqqını vaxtında ödəyənlərin müsabiqə qalibi kimi təqdim olunur.
***
Dünyaya səpələnən Ünsizadələr ...Ümummilli liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı Sərəncamda görkəmli ziyalı Səid Əfəndi Ünsizadənin (1825,Şamaxı- 1905,İstanbul) maarifçilik fəaliyyətinə verdiyi yüksək qiymət bizi mədəni irsimizə qayğı ilə sevgini daha artırmağa çağırır.
Maarifçilik həyatımızda xüsusi yeri olan Ünsizadələrin həyatını dərindən öyrənmək təlim və tərbiyə işində hələ də qaranlıqda qalan bir sıra məsələlərin işıqlandırılmasına yol göstərə bilər.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri.

Bakı, 24.10.2016.

Geri dön