Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan Xəbərləri

Güney Azərbaycan Xəbərləri


İranda virtual şəbəkəyə nəzarət olunması üçün şura təsis edilib
Güney Azərbaycan Xəbərləri





İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi ölkədə virtual şəbəkəyə nəzarət olunması üçün Ali Şuranın təsis edilməsi haqda göstəriş verib. İRİB-ə istinadən verilən məlumata görə, qurumun hüquqi və fiziki üzvləri də təyin olunub, ancaq onların adları açıqlanmayıb.

Qərarda beynəlxalq internet şəbəkəsinin fərdi və ictimai həyata nəzərəçarpacaq təsirlərinə işarə vurularaq onun yaratdığı ziyanlardan qorunmaq üçün proqramlaşdırmanın zəruriliyi, habelə xalqa geniş və faydalı xidmətlərin təqdim edilməsi üçün belə bir şuranın təşkilinin vacib olduğu vurğulanıb. Eyni zamanda quruma İranda virtual şəbəkəyə nəzarət etmək üçün milli mərkəz yaratması tapşırılıb.

İran Parçin hərbi kompleksində nüvə sınağı həyata keçirib
Güney Azərbaycan Xəbərləri




Ekspertlər bunu İranın atom bombası istehsal etmək niyyətinə əyani sübut sayır.

Associated Press agentliyinin məlumatına görə, İran Parçin hərbi kompleksində nüvə sınağı həyata keçirib.Bunun sübutu olaraq peyklərdən alınan və hərbi kompleksdəki bəzi dəzgahların fəaliyyətlərini göstərən şəkillər də var. Eyni zamanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin adının çəkilməsini istəməyən iki diplomatı iddia edib ki, hərbi komplüksdəki yük maşını və dəzgahlar nüvə sınağının yaratdığı radioaktiv maddələri təmizləyir və bu da İranın atom bombası istehsal etmək niyyətinə əyani sübutdur.

“HƏMAS” İrana görə müharibəyə girməyəcək
Güney Azərbaycan Xəbərləri




“Həmas” təşkilatının rəsmisi yeni açıqlama verib.“Həmas” siyasi bürosunun üzvü Salah Bərdavil jurnalistlərə açıqlamasında İranın İsrail hücumuna məruz qalacağı təqdirdə Tehranın xahişi ilə İsraili raket atəşinə tutacaqları barədə məlumatları təkzib edib.Siyasi büro üzvü deyib: “Həmas” bölgədəki heç bir hərbi ittifaqın üzvü deyil. İsraillə İran arasında müharibə olsa, “Həmas” İranın xeyrinə bu müharibəyə girməyəcək. Bizim strategiyamız yalnız öz hüququmuzu müdafiə etməkdir və İranla İsrail arasında baş verəcək hər hansı qarşıdurmaya müdaxilə etməyəcəyik”.

İsveçdən Ermənilərə Hüquq Dərsi
Güney Azərbaycan Xəbərləri




Ermənilərin Türk qəzetlərini şikayəti etmələri,İsveç Ədalət Nazirliyində işləmə alınmdı.İsveçdəki Erməni lobbisinin, İsveçdə Türkcə xəbər nəşr edən bir qəzet ilə bir jurnalı, 1915 hadisələriylə əlaqədar Erməni iddialarını ''inkar etdikləri'' səbəbiylə İsveç Ədalət Nazirliyi Hüquq Müfəttişliyinə şikayət etdi.
Müraciəti araşdıran İsveç Ədalət Nazirliyi Hüquq Müfəttişliyi, mövzu ilə əlaqədar şikayətə yeri olmadığını bildirdiErməni lobbisi şikayətində ''Türk qəzetlərinin inkar günahını işlədiklərini və xalqlar arasında kin və düşmənliyi təhrik etdiklərini söylədi

Geri dön