Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycanda cüzam xəstələrinin sayı məlum olub
Azərbaycanda cüzam xəstələrinin sayı məlum olub |
Azərbaycanda 100-ə qədər insan təhlükəli xroniki infeksion xəstəlik olan cüzamdan əziyyət çəkir.
Azərbaycanın baş dermatoveneroloqu Zülfüqar Fərəcov deyib ki, cüzam qədim bir xəstəlikdir və ölkədə də belə xəstələr var. Cüzam xəstələrinin əsasən izolə olunduğunu deyən Z.Fərəcov vurğulayıb ki, uzun müddət xəstə ilə təmasda olduqda xəstəlik birindən digərinə keçə bilər: “Adətən ailədə bir-birinə keçmə hallarına təsadüf olunur. Cüzam xəstəliyi əsasən şimali Afrikada və Hindistanda daha geniş yayılıb. Bu xəstələr izolə olunmalı və mütəmadi müalicə almalıdırlar. Xəstəliyin çox ağır fəsadları var. Müalicə kursu alandan sonra onun formasından asılı olaraq xəstə evə buraxıla bilərlər. Lakin cüzamın ağır formalarında - lepratomaq, tuborkloid və qeyri-müəyyən tiplərində xəstələr daima müalicə olunmalıdır". Geri dön |