Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq
Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq.
Muzeyin mətbuat xidmətindən verilən məlumata görə, sərgi noyabr ayının 8-də baş tutacaq. Muzeyin “Etnoqrafiya”, “Xüsusi” və “Arxeologiya” fondlarının materiallarının cəlb edildiyi sərgidə 250 eksponat nümayiş olunacaq. Ziyarətçilər baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəkləri ilə tanış ola biləcəklər. Sərgi fevralın 1-dək davam edəcək. Geri dön |