Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > SOCAR: Xəzərin Azərbaycan sektorunda yeni yataqların açılması ehtimalları artıb
SOCAR: Xəzərin Azərbaycan sektorunda yeni yataqların açılması ehtimalları artıb |
"Hazırda Hasilatın Pay Bölgüsü sazişi üzrə podratçı tərəfindən "Abşeron" yatağının İşlənmə Proqramı hazırlanır". Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Oil and Industry" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, "Abşeron" yatağının karbohidrogen ehtiyatları ilkin hesablamalara görə 350 mlrd. kubmetr qazdan və 45 mln. ton kondensatdan ibarətdir. X. Yusifzadə qeyd edib ki, "Abşeron" və "Ümid" kimi iri qaz-kondensat yataqları Xəzərin Azərbaycan sektorunda yeni neft-qaz yataqlarının açılması ehtimallarını artırıb: "Əldə edilmiş yeni məlumatlar "Babək", "Naxçıvan", "Zəfər", "Məşəl", "Asiman", "Şəfəq" strukturlarının perspektivliyinə inamı artırıb". Qeyd edək ki, Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağı Fransanın "Total" və "Gas de France" şirkətləri ilə SOCAR-ın əməkdaşlığı nəticəsində 2011-ci ilin sentyabrında dənizin dərinliyi 350-550 metr olan sahədə kəşf olunub. Geri dön |