Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Suyun bəndi aşması nəticəsində Cəlilabad rayonuna xeyli ziyan dəyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Suyun bəndi aşması nəticəsində Cəlilabad rayonuna xeyli ziyan dəyib

Suyun bəndi aşması nəticəsində Cəlilabad rayonuna xeyli ziyan dəyib


Cəlilabadda suyun bəndi aşması nəticəsində rayonun infrastrukturuna ciddi ziyan dəyib. Hazırda aidiyyəti qurumların nümayəndələri təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində ərazidə fəaliyyətlərini davam etdirirlər.

Rayon fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətov hazırda dəymiş ziyan hesablandığını və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.


Qeyd edək ki, dünən suyun bəndi aşması nəticəsində Ələt-Astara magistralının Cəlilabad rayonunun Alar kəndindən keçən hissəsini su basıb və yol bağlanıb. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Cəfərli kəndi ərazisindən alternativ yol açılıb.
Hadisə nəticəsində həmçinin xeyli sayda yaşayış evi, fərdi təsərrüfatlar, ictimai və iaşə obyektləri suyun altında qalıb, əhaliyə xeyli ziyan dəyib.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, rayonun müvafiq qurumları hadisə yerinə cəlb olunublar.
Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Üçtəpə və Ocaqlı kəndlərinin ərazisindən alternativ yol açılıb.

Geri dön