Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Fiziki şəxslərin torpaq vergisinin bir hissəsi dövlət büdcəsinə ödəniləcək
Fiziki şəxslərin torpaq vergisinin bir hissəsi dövlət büdcəsinə ödəniləcək |
Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə, 2017-ci il yanvarın 1-dən etibarən fiziki şəxslərin torpaq vergisinin bir hissəsi dövlət büdcəsinə köçürüləcək.
Vergilər.az saytı bildirir ki, Məcəlləyə edilmiş dəyişiklik nəticəsində kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi (müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə olunan və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları istisna olmaqla) torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 1 manat müəyyən edilir və bu vəsait dövlət büdcəsinə köçürüləcək. Təyinatı üzrə istifadə olunan və obyektiv səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi isə 1 şərti bal üçün 0,06 manat saxlanılıb. Belə torpaqlardan tutulan vergilər bələdiyyə büdcəsinə köçürüləcək. Geri dön |