Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlin 9 ayında ölkədə 542,7 km yol çəkilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İlin 9 ayında ölkədə 542,7 km yol çəkilib

İlin 9 ayında ölkədə 542,7 km yol çəkilib


“Azəravtoyol” ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində uzunluğu 542,7 km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub. Bu barədə qurumun 9 ayın yekunlarına dair hesabatında bildirilir.

Qeyd olunur ki, tikilən və yenidən qurulan avtomobil yollarının 299,0 km-i respublika əhəmiyyətli, 180,5 km-i yerli əhəmiyyətli, 63,2 km i isə Bakı şəhəri üzrə olan yollardır.

9 ay ərzində Muğanlı-Yevlax - 115 km, Qaraməryəm-İsmayıllı - 29 km, Qobustan rayonunda Təklə-Sündü-Xilmilli - 17 km, Yardımlı rayonunda Yardımlı-Deman-Arvana - 46 km, Qəbələ rayonunda Nohurqışlaq-Tüntül-Yengicə - 12,2 km, Biləsuvar rayonunda Əsgərabad-Muğan-Çaylı - 6 km, Qusar rayonunda Qusar-İmamqulukənd-Quxuroba - 24,7 km, Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba - 24,8 km, Qazax rayonunun Qazax-Kosalar - 8 km, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 23,4 km hissəsi, Salyanın Babazanan yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpü, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi - 87,8 km, Bakı şəhərində Maştağa-Bilgəh - 9,0 km, Nardaran qəsəbəsi daxilində Abşeron və Nəsrulla Əsgərov küçələri - 3,4 km, Nizami rayonunda Mikayıl Əliyev küçəsi - 2,8 km və Qara Qarayev prospekti - 4,0 km tikilib və yenidən qurulub.

Geri dön