Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Alimlər: Qlobal istiləşmə Aralıq dənizi regionunu səhraya çevirə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Alimlər: Qlobal istiləşmə Aralıq dənizi regionunu səhraya çevirə bilər

Alimlər: Qlobal istiləşmə Aralıq dənizi regionunu səhraya çevirə bilər


Qlobal istiləşmə bu cür sürətlə davam edərsə, Cənubi Avropanın bəzi hissələri, İspaniyanın cənubu və Portuqaliya da daxil olmaqla səhraya çevrilə bilər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Eks-Marsel Universitetinin alimləri bu qənaətə gəliblər. Onların araşdırmaları “Science” jurnalında dərc olunub.

Alimlər hesab edirlər ki, Aralıq dənizi regionu dünyada gedən qlobal istiləşmədən daha çox zərər çəkəcək. Temperaturun Selsi ilə 1 dərəcə artımı Aralıq dənizi hövzəsinin ekosistemində xüsusi dəyişikliyə səbəb ola bilər. Faktiki olaraq bu artım artıq baş verib. Əgər dünya üzrə orta temperatur 2 dərəcə yüksələrsə, onda İspaniyanın cənubu və Portuqaliya, bəzi bölgələr - Mərakeş, Əlcəzair, Tunis və Türkiyənin cənubu, eləcə də Suriyanın bəzi hissələri əsrin sonuna qədər səhraya çevriləcək.

Aralıq dənizi regionu, həmçinin qlobal istiləşmə nəticəsində yaranan quraqlıqdan əziyyət çəkəcək. Bu, regiondakı bitkilər, o cümlədən palıd və zeytun ağacları üçün təhlükə yaradacaq.

Regionda orta temperatur artıq XIX əsrin sonu ilə müqayisədə 1,3 dərəcə yüksəlib. Alimlər Aralıq dənizi regionunun ekoloji sistemini qoruyub saxlamaq üçün hökumətləri atmosferə atılan zərərli qazların həcmini azaltmağa çağırır.

Geri dön