Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE-nin reytinq cədvəlində geriləyiblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE-nin reytinq cədvəlində geriləyiblər

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov FİDE-nin reytinq cədvəlində geriləyiblər


Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, noyabr ayı üçün müəyyənləşən 100 ən güclü arasında bu dəfə 6 Azərbaycan qrossmeysteri yer alıb.

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Lakin qrossmeysterimiz ötən ayla müqayisədə 3 pillə geriləyib. O, 2762 reytinq xalına malikdi.

Son yarışlarda özünü göstərə bilməyən Teymur Rəcəbov (2696) da mövqeyini əldən verib. 14 reytinq xalı itirən təmsilçimiz 8 rəqibini özündən irəli buraxmaqla, 44-cü yerə enib.

Yığmamızın liderlərindən fərqli, Rauf Məmmədov (2684) və milliləşdirilmiş legionerimiz Arkadi Naydiç (2686) yerlərini yaxşılaşdırıblar. Birinci 6 pillə irəliləməklə 57-ci pilləyə qalxıbsa, Latviya əsilli zəka sahibimiz 3 rəqibini qabaqlamaqla 55-ci yerə qalxıb.

Komandamızın digər üzvü - Eltac Səfərli (2694) isə mövqeyini qoruyub. Həmyerlimiz yenə 46-cıdı.

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2853) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2823) ikinci olduğu cədvəldə Maksim Vaşye-Laqrav (Fransa, 2811) “üçlüyü” qapayır.

Qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçilərindən yalnız Günay Məmmədzadə yer alıb. 2371 reytinq xalına malik şahmatçı 94-cü yerdədi. Bu siyahıya isə çinli Yifan Hou (2635) başçılıq edir.

Geri dön