Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Goldman Sachs”: OPEC hasilat miqdarında razılığa gəlməsə neftin qiyməti 40 dollaradək geriləyəcək
“Goldman Sachs”: OPEC hasilat miqdarında razılığa gəlməsə neftin qiyməti 40 dollaradək geriləyəcək |
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”a görə OPEC-in bu ayın sonundakı yığıncağında neft hasilatının məhdudlaşdırılmasına dair hər hansı bir razılığın əldə olunması ehtimalı getdikcə azalır. Əgər razılığa gəlinməsə neftin qiyməti 40 dollar/barrelədək ucuzlaşacaq.
AZƏRTAC xəbər verir ki, bankın analitiklərinin fikrincə neft hasilatı üzrə kvotanın tətbiq edilməsi prosesində irəliləyişin olmaması və OPEC istehsalçıları arasında getdikcə artan narahatlıqlar noyabrın 30-dakı yığıncaqda razılığa gəlinməsi ehtimalını azaldır. İndiyədək hər hansı bir razılığın əldə olunmaması isə neftin qiymətinin ucuzlaşmasına səbəb olur. Əgər OPEC inandırıcı bir razılığa gəlməsə neftin qiyməti 40 dollara yaxın səviyyələrə geriləyəcək. Geri dön |