Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millət Vəkili Fərəc Quliyevin Belçika Brussel Əyaləti Parlamentinin spikeri ilə görüşdə çıxışı (tam mətn) - 07.03.2012
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, Fərəc Quliyev > Millət Vəkili Fərəc Quliyevin Belçika Brussel Əyaləti Parlamentinin spikeri ilə görüşdə çıxışı (tam mətn) - 07.03.2012

Millət Vəkili Fərəc Quliyevin Belçika Brussel Əyaləti Parlamentinin spikeri ilə görüşdə çıxışı (tam mətn) - 07.03.2012


Brussel. 07.03.2012. Belçika Brussel Əyaləti Parlamentinin spikeri ilə görüş.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyyətinin üzvü Fərəc Quliyevin çıxışı.



Hörmətli cənab Spiker, nümayəndə heyyətimizlə görüşə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Bugünkü və dünənki görüşlərimiz və debatlar məndə o qənaəti yaradır ki, Belçika dövləti işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymayacaqdır. Bu dövlətinizin ədalətli mövqedən çıxış etməsinə, beynəlxalq hüquqa hörmət etməsinə işarədir. Dövlətiniz haqqında verdiyiniz məlumatdan o da aydın oldu ki, Belçikada əhalinin 40%-ə qədəri fransız icmasına aiddir. İcmanız Belçikanın inkişafına öz töhvəsini verir. Mən çıxışınızdan ona da əmin oldum ki, icmanız burada ayrıca dövlət qurmaq fikrində də deyil. Bu da normaldır. Çünki fransız xalqı öz milli müqəddəratını təyin edib. Fransa dövləti mövcuddur. Belçika dövləti bütün vətəndaşları kimi sizin üçün də məsuldur.
Burada sizə Qarabağ məsələsi ilə bağlı məlumat verildi. Məsələ burasındadır ki biz indiki halda Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni kökənli vətəndaşlarımızın pozulmuş hüquqlarını müdafiə edə bilmirik, onlar ölkəmizin inkişafından bəhrələnə bilmirlər, bu ərazidən qovulan azərbaycanlılar da yurd-yuvasız qalıblar. Səbəb Ermənistanın ədalətsiz müharibəsi nəticəsində Azərbaycan ərazilərinin işğal olunmasıdır. Ermənistan bu işğalı Azərbaycanda yaşayan ermənilərin öz milli müqəddəratını həll etmək kimi təqdim etməyə cəhd edir. Bilirsiniz, Ermənilər öz milli müqəddəratını təyin ediblər. Ermənistan dövləti mövcuddur. Özü də nəzərə alın ki Azərbaycan Rusiya və İran tərəfindən iki yerə bölündükdən sonra Azərbaycanın qərb torpaqlarına Rusiya tərəfindən köçürülən ermənilər Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti qurmaqla milli müqəddəratlarını təyin ediblər. Bunu çıxış olaraq xatırlatdım. Bu işğal faktı BMT TŞ-nın 4 qətnaməsində öz əksini tapıb. Bunu Ermənistan da etiraf edir. Mən bu yaxınlarda Yerevanda oldum. Ermənistan prezidenti S.Sarkisyan dedi ki, mən bütün müsahibələrimdə demişəm, yenə də deyirəm, Ağdam mənim vətənim deyil. Onda məntiqi sual çıxır – bəs Ermənistan ordusu orada nə edir?

Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, BMT-nin 4 qətnaməsi icra edildikdən, Ermənistan işğalçı orduları Daxil Qarabağ da daxil olmaqla Azərbaycandan çıxdıqdan sonra, öz erməni kökənli vətəndaşları ilə birbaşa danışmağa onların bütün hüquqlarını müdafiə etməyə hazırdır. Biz heç bir xalqla düşmənçilik etməkdə maraqlı deyilik. Əgər Ermənistan işğalçılıq siyasətinə son qoyarsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyarsa biz Ermənistanla da əməkdaşlığa hazırıq. Göründüyü kimi Ermənistan Cənubi Qafqazda ciddi konsolidasiyaya, inkişaf və sabitliyə mane olur. Bundan Ermənistan özü də əziyyət çəkir. Azərbaycan kimi zəngin ölkə ilə əməkdaşlıq əvəzinə müharibə Ermənistana, bölgəyə, dünyaya nə verə bilər? Sabit olmayan Cənubi Qafqaz da təbii ki Avropa ilə hərtərəfli inteqrasiyada ləngiyir. Bu mənfi təzahürlər aradan qaldırılmalıdır. Təcavüzkar cəzalandırılmadıqca pis presedent formalaşır. Bilirsiniz, bu yaxınlarda Ermənistan prezidenti S.Sarkisyan erməni gəncliyinə müraciət etdi. “Biz Qarabağı tutduq, siz də Ağrını tutun”. Ağrı Türkiyə ərazisindədir.

Hər hansı əməkdaşlıq, birgəyaşayış qaydaları, sabitlikdən, ədalətə söykənən status-kvodan keçir. Bir vaxtlar Almaniya ilə Polşa arasında Oder-Neys sərhəd problemi var idi. Bu problem ədalətli həllini tapdıqdan sonra Avropa evi qurulmağa başladı. Biz hesab edirik və əminik ki, Belçika dövləti regionda ədalətli status-kvonun qurulmasında bundan sonra da səylərini davam etdirəcək. Bir daha Belçika dövlətinin ədalətli mövqeyi və qəbul üçün təşəkkür edirəm.

Geri dön