Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan Xəbərləri
Güney Azərbaycan Xəbərləri |
Urmu Gölü etirazlarının iştirakçıları təhsildən məhrum edilib
Təbriz universitetinin təhlükəsizlik bölməsi 7 nəfər güney azərbaycanlı öyrəncinin təhsilinə qadağa qoyub. Yayılan məlumata görə, sözü gedən 7 öyrənci Urmu Gölü ilə bağlı bir neçə ay öncə keçirilən kütləvi etiraz yürüşlərində iştirak etdiklərinə görə təhsildən məhrum ediliblər.Universitetin təhlükəsizlik bölməsi (Hərasət), universitetdən uzaqlaşdırılan öyrənciləri təhdid edib ki, bu məsələ mətbuata çıxarılarsa ETEELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə təhvil veriləcəklər.Qeyd edək ki, Sözü gedən öyrəncilərin kimliyi “Herana” reportyorlarının (quzarişgərlər) nəzdində saxlanılır. İRANDA DAHA BİR NEÇƏ NƏFƏR BƏHAİ TUTULUB İranda bəhai dininə bağlı olan Huriyyə Möhsüni və Negin Əhmədiyan tutulublar. Hadisə iki gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.ETTELAAT-ın Məşhəd şöbəsinin əməkdaşları martın 7-də Huriyyə Möhsüni və Negin Əhmədiyanı evlərində tutub bilinməz istiqamətə aparıblar.Hər iki gənc bəhainin mənzilində axtarış aparılıb, onlara məxsus kompüterlər, CD-lər, dini kitablar, bəhai dini rəhbərlərinin şəkilləri və bir sıra digər şəxsi əşyalar götürülüb.Negin Əhmədiyanın atası İzzətullah Əhmədiyanın da üç həftə əvvəl bir neçə bəhai ilə birlikdə tutulduğu bildirilir.Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşayır. İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası bərqərar ediləndən bu ölkədə 200-dən çox bəhai edam olunub. "Vatan" qəzeti: “4 İran kəşfiyyatçısı əməliyyat üçün Türkiyəyə daxil olub” Bu barədə İsrail kəşfiyyat təşkilatı MOSSAD, Türkiyə Milli İstihbarat Təşkilatı MİTə məlumat verib.MİTə verilən məlumatda qeyd olunub ki, İranlı 4 nəfər kəşfiyyatçı əməliyyat üçün Türkiyəyə daxil olublar."Vatan" qəzeti yazıb ki, Kəşfiyyat qaynaqlarına görə İsrail ilə İran arasındakı gərginlik Türkiyəyə də sıçrayıb.İddiaya görə MOSSAD, 4 İran vətəndaşının əməliyyat üçün Türkiyəyə girdiyi barədə xəbərdar olub və bu barədə MİT-ə məlumat verib. Qəzetin yazdığına görə İran kəşfiyyatçıları Qüds Ordusunun əsgərləridir.Qeyd edək Qüds Ordusunun adı Dəniz Üçok, Muammer Aksoy, Əhməd Taner Kışlalı və Uğur Mumcu cinayətlərində hallanıb. “İranla müharibə qaçılmazdır” “İranın nüvə silahına sahib olmasının qarşısını almağın yeganə yolu ciddi hərbi təhdiddir. Yalnız bu vəziyyətdə hərbi müdaxiləyə ehtiyac qalmayacaq”.Bu fikirləri İsrailin baş naziri Benyamin Netanyahu “FOX News”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, İranla müharibə qaçılmazdır: “Bu ölkə yalnız 2003-cü ildə geri addım atıb. Çünki həmin vaxt İran gerçək bir təhdidin varlığına inandı. İndi belə bir paradoksla qarşı-qarşıyayıq. Əgər İran həqiqətən hücumla qarşı-qarşıya qalacağına inansa, o zaman müdaxiləyə gərək qalmaya bilər”. B. Netanyahu deyib ki, İranın nüvə silahına sahib olmaq ehtimalı gündən-günə artır: “Mən 15 il əvvəl bu mövzudan danışanda bu, çox uzaq ehtimal idi. Ancaq 10 il əvvəl belə bir ehtimal gerçəkliyə çevrilməyə başladı. 5 ay əvvəl isə lap yaxın oldu. Yəni addım-addım bu məqsədə yaxınlaşırlar”. İsrailin baş naziri vurğulayıb ki, İrana qarşı sanksiyalar (təhrimlər) bu ölkənin nüvə proqramını dayandırmaq üçün heç bir təsir gücünə malik deyil: “Çünki sərt sanksiyalar hərbi variant (seçənək) olmadan işə yaramayacaq”. İranda axır çərçənbə mərəsiminə qadağa qoyuldu Martın 7-də jurnalistlərə açıqlama verən İran hüquq mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm axır çərşənbə mərasiminin qarşısını alacaqlarını bildirib. İsmayıl Əhmədi Müqəddəm deyib ki, polis qüvvələri vətəndaşların hər hansı mərasim keçirməsinə və ya bir yerə toplaşmasına imkan verməyəcək: “Polis vətəndaşların şənlənməsinə qarşı deyil. Lakin bəzi adamların bu mərasimdən sui-istifadəsini əngəlləmək üçün keçiriləcək hər hansı bir mərasimin qarşısını alacaq. Vətəndaşların asayişini pozduğuna görə tutulan şəxs Novruz bayramı tətilinin son gününə qədər həbsdə saxlanacaq”. İran-Ermənistan sərhədində “Dostluq və sülh” parkı salınacaq “İran və Ermənistan sərhədində 100 min hektarlıq ərazidə “Dostluq və sülh” parkı salınacaq”. İRNA-ya istinadən verilən məlumata görə, bu barədə İran prezidentinin müavini Məhəmməd Cavad Məhəmmədzadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, park rəsmi İrəvan və Tehran arasında imzalanmış əməkdaşlıq protokolu əsasında salınacaq: ““Dostluq və sülh” parkında hər iki ölkənin sərhədləri qorunulacaq. Parkın coğrafı ərazisi 2 ay ərzində müəyyən olunacaq”. M. Məhəmmədzadə əlavə edib ki, İran və Ermənistan arasında ətraf mühitlə bağlı ilk əməkdaşlıq protokolu 10 il əvvəl imzalanıb. Geri dön |