Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Diaspor Mərkəzi və Azərbaycan Turan Ocağının təşəbbüsü ilə Kərkükdəki son durumla bağlı toplantı keçirilib.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Beynəlxalq Diaspor Mərkəzi və Azərbaycan Turan Ocağının təşəbbüsü ilə Kərkükdəki son durumla bağlı toplantı keçirilib.

Beynəlxalq Diaspor Mərkəzi və Azərbaycan Turan Ocağının təşəbbüsü ilə Kərkükdəki son durumla bağlı toplantı keçirilib.


Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev İraq Türkmən elindəki son vəziyyət haqqında məlumat verərək, kərküklü soydaşlarımızın hədsiz dərəcədə acınacaqlı durumda olduqlarını və onlara təcili dəstək göstərilməsinin vacibliyini vurğulayıb. Daha sonra Bakıda səfərdə olan türkiyəli qonaq dr. Məltəm Özkandan çıxış edərək İraqdakı hadisələrin Türkiyənin nəzarətində olduğunu və orada yaşayan türkmənlərin sahibsiz buraxılmayacağını bildirib. Tədbirdə DAK icra aparatının rəhbəri, BDM sədrinin birinci müavini Samir Adıgözəlli də çıxış edərək, Kərkük və Mosulda Türkmənlərə qarşı soyqırım və deportasiya aktının həyata keçirildiyini və bu bölgənin türklərdən təmizlənmə prosesinin başlandığını bildirib. Daha sonra tədbirdə iştirak edən BDM-in Rusiya nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, BDM-in Avropa nümayəndəliyinin rəhbəri Azər Kərimov, ATO idarə heyətinin üzvü Samir Altay, AAO-nun rəhbəri Düzgün Atalı, QHT rəhbərləri İradə Polad, Şəhnuz Zeynalova, Firuzə Əsədullayeva və b. çıxış edərək, Kərkükdə yaranmış vəziyyətin kritik həddə çatdığını və türkmənlərin ciddi şəkildə yardıma ehtiyac duyduqlarını qeyd ediblər. Tədbirdə çıxış edənlər tərəfindən İraq türkmənlərinə yardım məqsədilə hesab açılması və bir qrup heyətin Türkiyə-İraq sərhəddinə gedərək türkmən eli ilə həmrəylik nümayiş etdirilməsi təklifləri irəli sürülüb. Sonda tədbir iştirakçıları adından Azərbaycan ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə Azərbaycan ictimaiyyətinin, tanınmış elm və mədəniyyət xadimlərinin, iqtidar və müxalifət partiyalarının Kərkükdə yaranmış durumla bağlı susmayıb, müəyyən addımların atılması istiqamətində hərəkətə keçməyə çağırılıb. Müraciətdə eyni zamanda bildirilib ki, Qarabağda olduğu kimi bu gün Kərkükdə də öldürülən hər bir türkmən bizim soydaşlarımızdır. Bu gün Azərbaycan ziyalıları, siyasiləri və ictimaiyyət nümayəndələri Kərkükdə aparılan türkmən soyqırımına dur deməli və soydaşlarımızın haqq səsini dünyaya çatdırmalıdır.

BDM mətbuat xidməti

Geri dön