Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TÜRKMAN ELİ – KƏRKÜK CANDIR – AZƏRBAYCANDIR!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, DAVAMın yazıları > TÜRKMAN ELİ – KƏRKÜK CANDIR – AZƏRBAYCANDIR!

TÜRKMAN ELİ – KƏRKÜK CANDIR – AZƏRBAYCANDIR!


Kәrkük şәhәri– İraq Respublikasında әn böyük 4–cü şәhәrdir. Kәrkük bölgəsinin inzibati mәrkәzidir. Kәrkük şәhәri tәxminәn 3000 il әvvәl şumerlәr tәrәfindәn inşa edilmişdir. Yaqut әl Hәmәvinin "MüsәmülBuldәn" әsәrindә Kәrkük şәhәrinin adı "Kerhini" olaraq verilmişdi...
Orta əsrlərdə ard-arda Səlcuqlu, Atabəylər, Teymurlu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Osmanlı - Türk xanədanlıqlarının hakimiyyətində olan Kərkük tarixdə var olandan ta 20-ci əsrin əvvəllərində Osmanlının Birinci Dünya Savaşında (1914-1918) məğlub olduqdan sonra, Mudros sazişiylə (30 oktyabr 1918-ci il ) ingilis nəzarətinə keçənə, daha sonra bu torpaqlarda Avropanın (sonralar Amerikanın) yaradıb idarə etdiyi (hələ də belədir) kukla “İraq” dövlətinin (ərəb hakimiyyəti) tərkibinə keçənə qədər (təxminən 3000 il) Türk torpağı olmuşdur. (fakt)
Şәhәrdә 1947-ci il sayımı zamanı 68.308 nәfәr, 1957-ci il sayımı zamanı 120.402 nәfәr, 1965-ci il sayımı zamanı 175.303 nәfәr, 1987-ci il sayımı zamanı isә 418.624 nәfәr qeydә alınmışdır.
İngilis zabiti Edmonds, Kәrkükün 20ci әsrin ilk rübündәki әhalisi barәdә danışarkәn, yazır ki, әhalinin әsas hissәsi "türkomanlardı".
1965-ci il әhali siyahıyaalınmasının rәsmi yekunlarına әsasәn Kәrkük şәhәrindә qeydә alınmış tәxminәn 167.400 nәfәr әhalinin 71.000 nәfәri kürdcә, 55.000 nәfәri türkcә, 41.000 nәfәri әrәbcә danışırdı.
Kәrkük şәhәri İraq türkmanlarının mәdәni mәrkәzidir . Qeyri rәsmi mәlumatlara әsasәn 2003-cü ilәdәk şәhәrdә әhalinin tәxminәn 60% – ini İraq türkmanları , 40% – ini isә kürdlәr ,әrәblәr , assuriyalılar , ermәnilәr , yәhudilәr vә sairә xalqların nümayәndәlәri tәşkil edirdi. Kәrkük şәhәri 26 kvartaldan ibarәt idi. Onun 21 – dә Türkmanlar , 5 – dә isә kürdlәr çoxluqda idilәr...

Bu böyük Türk eli haqqında qısa tarixi və coğrafi bilgi verdikdən sonra müasir zamanımızda dünya siyasətinin mərkəzlərindən, ona görə təəssüf ki daimi yanan “ocaq”-larından biri olması haqqında danışmaq istəyirəm.
Başı qadalı, bəlalı digər Türk elləri kimi canımız Kərkük də tarix boyu qeyri-türk xalqlarının tutmaq, işğal etmək və talama istədiyi “inci” bir şəhər olmuşdur. Qəhrəman atalarımız isə uzun müddət bu vətən parçasını göz bəbəyi kimi qorumuş və yağılara bir qarışından belə nəsib etməmişdir.
Hal-hazırda isə “Türkman Eli” adlanan vətən torpağında (Təlafər, Mosul, Kərkük, Diyala və s.) və ümumilikdə İraqda yaşayan üç milyona yaxın Türkman (azərbaycanlı) qardaşımız bir tərəfdən İraq kürdlərinin “peşmərgə” terrorçularına, bir tərəfdən isə İŞİD (Qərb-Şərq siyasi güclərinin yaratdığı məzhəbsəl terror təşkilatı) terroristlərinə qarşı varlıq mübarizəsi aparır. Zəngin yeraltı sərvətləri olan, soydaşlarımızın yaşadığı Kərkük, eləcə də Mosul hazırda beynəlxalq güclərin (cinayətkar mafiya baronlarının) iştahla “yeməyə” hazırlaşdığı bir böyük “tort”-un əsas hissəsidir və onlar bu müqəddəs torpaqları əldə etmək üçün illərdir eyni siyasətlə - terrorla müxtəlif planlar qurur, sözdə “demokratiya”-nı bərpa etmək üçün bütün güclərini sərf edir, əslində terrorçuları hər cür (silah, pul, ərzaq) vasitələrlə dəstəkləyirlər. Amerikanın, Avropanın, Rusiyanın, Çinin və digər beynəlxalq “qan imperatorluqları”-nın qarşısında isə bu gün Kərkük – əzəli Türkman eli çarəsiz, müdafiəsiz vəziyyətdədir.
Təəssüflər olsun ki, Türk dünyasından heç bir dövlət (başda Türkiyə olmaqla) bu “yetim” diyara bilavasitə kömək edə bilmir. Zaman-zaman Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan və digər Türk dövlətləri xırda-para ərzaq, dərman və s. göndərsələr də onların özlərinə təhlükə yaradan, hər an təzyiqdə saxlayan xarici bloklar bu yardımın təkmil olmasını əngəlləmişlər. Amma buna baxmayaraq gün keçdikcə Türkman qardaşlarımız əzmlə, böyük vətən eşqiylə, gələcəyə ümidlə ruhlanaraq düşmənə - kürdlərə və ərəb terrorçularına qarşı savaşaraq tez-tez kiçik də olsa nailiyyətlər əldə edir, vətən torpağını qorumağa çalışırlar. Savaşdıqları, düşməndən xilas etdikləri hər yerdə isə əzəli qardaşlarımız qaldırdıqları Türkman bayrağı ilə yanaşı, üç rəngli Azərbaycan bayrağını da qaldırırlar.
Bu gün İŞİD başda olmaqla, bir sıra beynəlxalq terror qruplaşmasının bilavasitə hədəfində olan Kərkük, Türkman eli öz gücünə, sırf xalqın könüllü silahlı dəstələrinin hərbi nailiyyətiylə uğur qazanmağa çalışsa da nədənsə Beynəlxalq media orqanları daha çox Amerikanın, Rusiyanın, Avropanın dəstəyilə və əmriylə aradabir bir iki güllə atan Peşmərgənin (kürdlərin) “fəaliyyətini” qabardır. Sanki illərdir kürd və ərəb zülmü görən soydaşlarımız heç nə eləmir, onların əvəzinə İŞİD-ə qarşı Peşmərgə (kürdlər) və “İraq höküməti” (ərəblər) mübarizə aparır. Bəs əsl həqiqət nədir? Kimə sərf edir, Peşmərgəni qəhrəman kimi göstərmək? Əslində vuruşan, şəhid olan kimlərdir və qurulan bu oyun kimə, nəyə xidmət edir?
- Cavab isə çox sadədir, bu gün İŞİD başda olmaqla, bir sıra beynəlxalq terror qruplaşmasına qarşı vuruşanlar yalnız və yalnız (yarasız və köhnə silahlarla) Türkman (azərbaycanlı) qardaşlarımızdır. Onların fəaliyyətini göstərmək, həqiqəti təsdiqləmək isə bölgədə (Yaxın Şərq) öz maraqları olan Amerika, Avropa, Rusiya, Çin və onların oyuncaq dövlətləri İran, Səudiyyə Ərəbistanı, Qətər və s. güclərə sərf etmir. Birincisi, ona görə ki, bu torpaqların tarixi, etniki və gerçək sahibləri Türklərdir. O güclərin, Türklərin bu günkü varlığını qəbul etməklə, tarixi, şanlı, güclü 20-dən çox Türk imperatorluğunu və onların gerçək mülklərini qəbul etmiş olurlar. Bu da bilavasitə yenidən Türk dünyasının canlanması, birləşməsi və ümumbəşəri ədaləti bərpa etməklə “qan imperiyaları”-na son qoyması deməkdir. Əlbəttə ki, bu durumda “dünyanın hakimləri” Türkdən yana deyil, Türkün əleyhinə olan layihələrin, planların icrasına çalışırlar və çalışacaqlar. İkincisi isə, Türkmanların yaşadıqları ərazilərin zəngin yeraltı sərvətlərə - neft, qaz, qızıl yataqlarına malik olmasıdır. Və bu sərvəti əlbəttə ki, Amerika başda olmaqla bütün xarici qüvvələr mənimsəmək istəyir.
Hazırkı dövrdə özəlliklə Amerika, Avropa, Rusiya və Çinin Şərqdə bir “piyon”-u (qulu, xidmətçisi) olan İran və onun “dini” rejimi, həm “ağaları”-nın əmrlərini yerinə yetirmək, həm də ta qədimdən gələn bir faşist, paniranist (Böyük Fars İmperiyası ideyası) ideyanın gerçəkləşməsi naminə bir-birindən fərqli və dəhşətli oyunlar oynayaraq, başda Türkman eli olmaqla, bütün Yaxın Şərqi “idarəedilən xaos” vəziyyətinə salmağa çalışır. Özünə Amerikanın dəstəyilə etniksəl (kürd), Avropanın dəstəyilə məzhəbsəl (şiə), Rusiya və Çinin dəstəyilə isə hər cür hərbi, iqtisadi dayaq yaratmağa çalışan qaniçən İran illərdir Şərqdə ardı-arası kəsilməyən müharibələrin, terror ocaqlarının, bölgə dövlətlərinin daxili və xarici qarşıdurmalarının bilavasitə təsisçisi, iştirakçısı və idarəedicisidir. Burda əsas məqsəd, bayaq qeyd etdiyim kimi, xaos, ondan qidalanan güclərin maraqları və milyonlarla günahsız insanların qanları bahasına əldə edilən tonlarla sərvət qazanmaqdır.
İndisə qayıdaq Kərkükə, onu özünə mərkəz seçmiş Türkmanlara və ümumilikdə tarixi Türk-Azərbaycan torpaqlarına. İngilis istilası zamanı bu müqəddəs torpaqlara gələn hərbçilər Əfşar Türklərinin Xorasan ləhcəsində danışan, mülayim, qonaqpərvər, Tanrını və dünyanı qarşılıqsız sevən insanlara ingiliscədən tərcümədə - “Türkman” , yəni “Türk adam” deyiblər. Orta əsr Türk tarixi qaynaqlarında isə uzun müddət (min ildən çox) Anadoludan ta Orta Asiyaya qədər geniş bir ərazidə yaşayan, çoxunluğu oğuzlar olan əhalini “Türkman, Türkmən, Türki-mən” kimi qeyd edirlər. Qaynaqlardan biri bu sözün ilk dəfə eramızdan əvvəl Makedoniyalı İsgəndərin Şərq yürüşü zamanı işlətdiyi sözə əsasən, bəzi tarixçilər onlarla bərabər yaşayan taciklərin onlara "Türk-manənd", yəni "Türkə bənzər" deməsi ilə, başqa bir qaynaqda göstərilən məlumata əsasən İslamı qəbul edən Oğuzların özlərinə “Türk və Müsəlman” sözlərindən ortaq olaraq “Türkman” adını götürməsiylə əlaqəlidir. Bəzi müəlliflərə görə isə , "Türkmən və ya Türkman" adı “köçəri Türk” anlamına gəlir... Kərkük sözü isə “Ər-türk” sözünün ərəb və Türk dillərində deformasiyaya uğramış formasıdır.
İraqda bu gün təxmini 3 milyon Türkman (azərbaycanlı) yaşayır. Onlar əsasən Azərbaycan Türkcəsində danışırlar. Bəziləri Türkiyədə təhsil adlıqları üçün Türkiyə Türkcəsini də bu torpağa gətiriblər. Elə elmi mənbələrdə də onların əsasən Azərbaycan Türkcəsində danışdıqları, Türkiyə Türkcəsində təhsil aldıqları, latın qrafikasının hazırki əlifbasından istifadə etdikləri qeyd edilir (bəziləri hələ də ərəb əlifbasında qalıb). İçərilərindən çıxan tarixi şəxsiyyətlər arasında İhsan Doğramacı (dünya şöhrətli həkim və akademik) kimi şəxsiyyətlər yer almışdır.
Amerikanın şərqi istilası zamanı özəlliklə Türkman qardaşlarımıza qarşı həyata keçirdiyi dəhşətli siyasətisə qeyd etmədən keçmək olmaz. Uzun illər Şərq (Rusiya, Çin) imperiyalarına, diktaturasına qarşı dirənən soydaşlarımız eyni zamanda Qərb (Amerika, Avropa) işğalçılarına da asanlıqla boyun əyməmişlər. Sırf onun nəticəsidir ki, dəhşətli üsullarla öldürülən Türkmanların boşalan torpaqlarının yerinə dəfələrlə haylar (ermənilər), aysorlar və kürdlər (600 mindən çox) köçürülmüşdür. Zorla 20 Türkman vilayətindən 19-na kürd “başçı” təyin edilib. Məcburi şəkildə Türkman ailələri, aşirətləri kürdləşdirilməyə, asimilə edilməyə, məhv edilməyə çalışılır.
O binəva qardaşlarımızınsa daima dilində ana laylası kimi “Azərbaycan”, könlündə Bakı, Təbriz, Qarabağ, başının üzərində şərti vilayət bayrağı olan Türkman Bayrağı ilə bərabər üçrəngli bayrağımız dalğalanır. Tarixi köklər, qan doğmalığı, hər zaman özünü göstərmişdir. Məs ona görədir ki, İŞİD-lə gedən döyüşlərin birində Türkman böyüklərindən biri, bizlərə doğru məhz belə səslənmişdi:
- Nəsimin nəvələri, sizləri köməyə çağırırıq. Xətainin qızılbaşları, qanı bir, özü bir qardaşlarınıza yardım edin - və s. kimi ifadələrlə haqlı olaraq bizdən kömək istəmişdi...
Mən isə son olaraq fikrimi belə ifadə etmək istəyirəm, kim nə deyir, desin, nə baş verirsə, baş versin, TÜRKMAN ELİ – KƏRKÜK CANDIR – AZƏRBAYCANDIR!

Bütöv Azərbaycançı, Turançı milli fəal Elşən İsmayıl

Geri dön