Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turuna yekun vurulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turuna yekun vurulub

UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turuna yekun vurulub


Noyabrın 3-də UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Tur çərçivəsində 12 qrupda ümumilikdə 24 matç oynanılıb.

Azərbaycanlı futbol azarkeşləri üçün maraqlı oyunlardan biri İstanbulda baş tutub. “A” qrupunda Türkiyənin “Fənərbağça” klubu İngiltərənin “Mançester Yunayted” komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Qrupun digər görüşündə isə Ukraynanın “Zorya” və Hollandiyanın “Feyenoord” klubları “sülh” bağlayıblar – 1:1. Bu nəticələrdən sonra “Feyenoord” və “Fənərbağça” klubları 7 xalla qrupda ilk iki pilləni bölüşür. “Mançester Yunayted” 6 xalla üçüncü, “Zorya” isə 2 xalla sonuncudur.

“Qəbələ”nin çıxış etdiyi “C” qrupunda keçirilən “Anderlext” (Belçika)-“Maynts” (Almaniya) görüşündə meydan sahibləri rəqiblərini darmadağın ediblər - 6:1. Dörd oyundan sonra “Anderlext” və “Sent-Etyen”in aktivində 8 xal var. “Maynts” 5 xalla üçüncü pillədədir. “Qəbələ” isə hələ də xal qazanmayıb.

“Qarabağ”ın mübarizə apardığı “J” qrupunda isə “Fiorentina” (İtaliya) komandası öz meydanında Çexiyanın “Slovan Libereç” komandasını 3:0 hesabı ilə məğlub edərək qrupda liderliyini qoruyub. Səfərdə Yunanıstanın “PAOK” klubunu 1:0 hesabı ilə məğlub edən “Qarabağ” 7 xalla ikinci pillədədir. “PAOK” 4 xalla üçüncü, “Slovan Libereç” isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

“H” qrupunda keçirilən “Braqa” - “Konyaspor matçında meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Belçikada keçirilən “Gent” – “Şaxtyor” (Ukrayna) görüşündə isə əsl qol şousu yaşanıb. “Şaxtaçılar” səfərdə rəqiblərini 5:3 hesabı ilə məğlub ediblər.

Digər qruplarda aşağıdakı nəticələr qeydə alınıb:

“B” qrupu

“Astana” (Qazaxıstan) - “Olimpiakos” (Yunanıstan) – 1:1

APOEL (Kipr) - “Yanq Boyz” (İsveçrə) - 1:0

“D” qrupu

“Makkabi” (Təl-Əviv, İsrail) - “AZ Alkmaar” (Hollandiya) - 0:0

“Zenit” (Rusiya) - “Dundalk" (İrlandiya) - 2:1

“E” qrupu

“Austriya” (Avstriya) - “Roma” (İtaliya) – 2:4

“Astra” (Rumıniya) - “Viktoriya” (Çexiya) - 1:1

“F” qrupu

“Atletik” (İspaniya) - “Genk” (Belçika) – 5:3

“Sassuolo” (İtaliya) - “Rapid” (Avstriya) – 2:2

“G” qrupu

“Panatinaikos” (Yunanıstan) - “Standart” (Belçika) – 0:3

“Ayaks” (Hollandiya) - “Selta” (İspaniya) – 3:2

“I” qrupu

“Şalke” (Almaniya) - “Krasnodar” (Rusiya) – 2:0

“Nitsa” (Fransa) - “Zalsburq” (Avstriya) – 0:2

“K” qrupu

“Southempton” (İngiltərə) - “İnter” (İtaliya) – 2:1

“Sparta” (Çexiya) - “Hapoel” (Bir Şeva, İsrail) – 2:0

“L” qrupu

“Sürix” (İsveçrə) - “Styaua” (Rumıniya) – 0:0

“Vilyarreal” (İspaniya) - “Osmanlıspor” (Türkiyə) – 1:2

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunun oyunları noyabrın 24-də keçiriləcək.

Geri dön