Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakıda 11 yerdə piyada keçidi tikilir, daha 9-u da nəzərdə tutulub
Bakıda 11 yerdə piyada keçidi tikilir, daha 9-u da nəzərdə tutulub |
Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinininşası aparılır. “Azəravtoyol” ASC-dən verilən məlumata görə, sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir. İlkin olaraq 11 bu cür yerdə hal-hazırda keçidlərin inşası aparılır. Bu aşağıdakı ərazilərdir: 1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i ( Xırdalan qəbirstanlığının yaxınlığı ), 13.7-ci km-i (Mətanət-A şirkətinin yaxınlığı) və 27.7-ci km-i ( Ceyranbatan qəsəbəsi ); 2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12.3-cü km-i ( Sulutəpə qəsəbəsi ), 23.5-ci və 24.4-cü km-ri ( Müşfiq qəsəbəsi ); 3. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci km-i ( hərbi hissənin yaxınlığı ) 4. Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi ( yeraltı keçid ) 5. Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi; 6. Zığ-Hövsan avtomobil yolunun 1.8-ci və 4.3-cü km-ri. Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində inşa edilən yerüstü piya keçidləridir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkan və asma hissəsi tam hazırdır, hazırda dirəklərin üzlənməsi işləri aparılır. “Sabunçu körpüsü”nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir. Bundan başqa daha 9 yerdə isə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq. Bu aşağıdakı ərazilərdir: 1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-i (Ceyranbatan qəsəbəsi); 2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Hökməli dairəsinin yaxınlığı); 3. Yasamal rayonu Hüseyn Cavid parkının qaşısında ( yeraltı keçid ) 4. Mərdəkan-Zağulba yolunda ( Xrustalnı deyilən ərazi ); 5. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-i; 6. Zığ-Hövsan avtomobil yolunun 2.6-cı km-i; 7. Xətai rayonu neapol küçəsi ( 171 nömrəli məktəbin yaxınlığı ), həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi; 8. Moskva prospekti, “Şamaxinka” deyilən ərazi. İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçidlərin bir-neçəsi istisna olmaqla əksəriyyəti üstü açıq və pilləkan hissədən ibarətdir. Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşaası nəzərdə tutulub. Geri dön |