Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Bakıda “Türk Ocaqları”nın 100 illiyi qeyd olunacaq
Bakıda “Türk Ocaqları”nın 100 illiyi qeyd olunacaq |
Martın 13-16 kimi “Türk Ocaqları”nın 100 illik yubileyi ilə əlaqədar Bakıda “Türk Ocaqları”nın 100 illiyi şərəfinə, “Türk Ocaqları”nın 100 illiyi: Türk Dünyasnın dünəni, bügünü, sabahı” adlı elmi-praktik konfranslar keçiriləcək.
Davam.Az xəbər verir ki, bu il Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən ən böyük ictimai təsisatlardan olan “Türk Ocaqları” Dərnəyinin yaranmasının 100 ili tamam olur. Dərnək rəhbərliyi “Türk Ocaqları”nın yaradıcıları arasında Azərbaycan kökənli ziyalıların da olduğunu, bu təsisatın yalnız Türkiyənin deyil, bütün Türk Dünyasının, o cümlədən Azərbaycanın maraqlarının ifadəçisi kimi çıxış etdiyini nəzərə alaraq, əlamətdar yubileyin Azərbaycanda da qeyd olunması təklifi ilə respublikamızın uyğunprofilli dövlət və ictimai qurumlarına müraciət edib. Yubiley münasibəti qardaş ölkədən Bakıda keçiriləcək tədbirə Türkiyə Cümhuriyyəti Baş nazırinin müavini Bəkir Bozdağın başçılıq etdiyi nümayəndə heyəti gələcək. Qonaqlar sırasında Türkiyə-Azərbaycan Parlementlərarası Dostluq Qrupunun sədri Prof.Dr.Necdət Ünüvar, Xaricdə yaşayan türklərlə iş üzrə Nazirliyin İdarə rəisi Kamal Yurtnaç, İstanbul Universitetinin prorektoru Prof.Dr.Əhməd Cavad Acar, “Türk Ocaqları” İstanbul Şöbəsinin başqanı Dr. Cezmi Bayram, Ocağın İdarə Heyəti üzvləri Şərafəddin Yılmaz, Əhməd İyioldu, Bəkir Çelik, KOCAV (Kültür Ocağı Vəqfi) başqanı dr. Əli Ürey, Bağcılar Bələdiyyəsinin başqan müavini Yavuz Subaşı, habelə, məruzəçi olarq dəvət olunmuş alimlər – Dos.Dr.Üfiq Özcan, Dos.Dr.Nəsrin Sarıəhmədoğlu, Dr.İsmail Türkoğlu, eləcə də tanınmış KİV təmsilçiləri – Seyfullah Türksoy, Həsən Yavaş, Əkrəm Kaftan, Özcan Ünlü, İbrahim Zahit Altay və Xeyrəddin Turan daxildir. Yubiley mərasimi martın 13-də Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakıdakı Türk Şəhidliyini ziyarətlə başlayacaq. Nümayəndə heyətinin respublikamızın dövlət, hökumət rəsmiləri, Milli Məclis rəhbərliyi, habelə bir sıra ictimai təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Qeyd edək ki, tədbir Azərbaycanda Atatürk Mərkəzi, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, Qafqaz Universiteti və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə keçiriləcək. Mirvari Kamilqızı Geri dön |