Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, DAVAMın yazıları > "ABŞ sünni-şiə qarşdurmasından istifadə edərək Türkiyə ilə İranı toqquşdurmaq istəyir" — Politoloq
"ABŞ sünni-şiə qarşdurmasından istifadə edərək Türkiyə ilə İranı toqquşdurmaq istəyir" — Politoloq |
Yaxın Şərqdə gərginlik davam edir.
Qərb cəbhəsi Mosulun İŞİD-dən azad edilməsi üçün əməliyyatlar həyata keçirir. Mosul məsələsində isə bir neçə dövlətin maraqları kəsişir. ABŞ və Qərb cəbhəsi peşmərgələrlə birlikdə Mosula hücum etməyi planlaşdırır. Mosulda maraqları olan Türkiyənin isə əməliyyatda iştirakını İraq İranın təsiri ilə əngəlləmək istəyir. Bundan əlavə isə ABŞ, Rusiya və Türkiyə İŞİD-in paytaxtı sayılan Rakka şəhərinə hücum planı hazırlayır. Türkiyə Suriyanı İŞİD və PKK-nın Suriya qanadı olan PYD-dən təmizləmək istəyir. ABŞ isə PYD ilə birgə Rakkaya hücum planlaşdırır. Rusiya tərəfi isə Əsəd ordusundan başqa Suriyadakı bütün qüvvələri düşmən elan edib. Bu 3 dövlətdən əlavə İran da Suriya məsələsində maraqlarını təmin etməyə çalışır. Suriya dünyanın böyük dövlətləri üçün döyüş meydanına çevrilib. İran, Türkiyə, Rusiya və ABŞ-ın İraq və Suriya maraqları barədə politoloq Elşən Manafov Ölkə.Az-a danışıb: "Əslində burada söhbət fərqli maraqlardan gedir. Rusiya, ABŞ və Türkiyənin Rakkaya hücum əməliyyatlarını genişləndirəcəyi ilə bağlı bəyanatları Mosula yiyələnmək cəhdlərindən irəli gəlir. Üç dövlətdən əlavə, İranı da bu sıraya qoşmaq lazımdır. Daha çox strateji əhəmiyyət kəsb edən şəhər Mosuldur. Mosulla bağlı İraq kürd müxtariyyətinin və kürdlərin lideri Bərzaninin maraqları və istəkləri var. Bu da ABŞ maraqları ilə üst-üstə düşür. İstisna deyil ki, ABŞ Suriyanın parçalanmasına və Yaxın və Orta Şərqdə ABŞ-ın yeni dünya nizamı ilə bağlı planlarından çıxış edəcək, ABŞ-ın maraqlarına xidmət edəcək ərəb dövlətlərinin yaranmasına səy göstərir. Suriyanın parçalanması və İraq kürd muxtariyyətinin yaradılması heç bir vəchlə Türkiyənin maraqlarına cavab vermir. Çünki məhz Türkiyə üçün ciddi təhlükə Mosul idi. Mosulda təxminən 1 milyondan çox əhali yaşayır. Rakka şəhərinin əhalisinin sayı isə 100 mindir. Mosuldan İŞİD-in sıxışdırılıb çıxarılması ABŞ-ın maraqlarına cavab verir. Çünki ABŞ-da prezidentliyə əsas namizədlərdən biri olan Hillari Klinton açıq etiraf etdi ki, İŞİD-ə qarşı mübarizə ABŞ üçün elə də vacib əhəmiyyət kəsb etmir. İŞİD-in Suriya ərazisinə sıxışdırılması məhz Bəşər Əsəd rejiminə problem yaratmaq istəyindən irəli gəlir. Türkiyə anlayır ki, bu bölgədə İraq "kürdüstanı"nın yaradılması prespektivdə Türkiyədə separatçılıq üçün daha münbit və əhəmiyyətli şərait yarada bilər. Rusiyanın da maraqları bəllidir. Rusiya İraq türkmənlərinin mövqelərinə zərbə endirsə, Türkiyə və Rusiya münasibətlərində ciddi problemlərin yaşanmasına gətirib çıxarda bilər. Rusiya bunu gözəl anlayır. Rusiya Mosul əməliyyatının keçirilməsi zamanı Türkiyə üçün ciddi bir problemin yaşanmamasına çalışacaq. Hal-hazırda Ərdoğan iqtidarı Rusiyanın maraqlarına cavab verir. Tərəflər arasında münasibət daha çox "düşmənimin düşməni mənim dostumdur" prinsipinə söykənir. Bölgədə İranın mövqeyini də nəzərə almaq lazımdır. İranın mövcud problemə münasibəti nəzərə alınmasa, Suriya probleminin çözülməsi, İraqdan İŞİD-in qovulması mümkün olmayacaq. Türkiyə rəsmiləri, baş nazir Binali Yıldırım qeyd etdi ki, bütün hallarda Türkiyə Mosulda sünni ərəblərin, sünni kürdlərin və sünni türkmənlərin maraqlarını qoruyacaq. Türkiyənin sünni faktorunu qabartması İranın nəzərindən qaçmır. Eyni zamanda sünni-şiə qarşıdurmasından ABŞ da yararlanmağa çalışır. ABŞ cəhd edir ki, məhz bu məsələlərdə çat yaransın. İranla Türkiyə arasında bu problemin yaranmamasına cəhd edən tərəf Rusiya olacaq. Tarixdə Türkiyə və İran arasında sünni-şiə probleminin yaranmasında Rusiya maraqlı olsa da, hal-hazırda Suriya probleminin çözülməsinə münasibətdə bu çatın dərinləşməsinə maraqlı deyil. Ona görə də, Rusiya çalışacaq ki, ABŞ sünni-şiə faktorunun dərinə işləməsinə yol verməsin. Mosulun neft yataqları hər iki tərəfin diqqət mərkəzindədir. Mosulda İraq "kürdüstanı"nın yaradılması ABŞ-ın kürd faktorunu işə salması anlamında qəbul oluna bilər. Türkiyə buna heç bir vəchlə razılıq verməyəcək. Eyni zamanda kürd faktorunun işə düşməsi İranın da bölgə ilə bağlı maraqlarına cavab vermir. Ən əsas məsələ İranın, Türkiyənin, Rusiyanın Suriya probleminə münasibətdə mövqeyi bütün hallarda Suriyanın ərazi bütövlüyü çərçivəsində problemin həll edilməsi olmalıdır. Bu 3 dövlət Suriyanın parçalanmasında maraqlı deyil. ABŞ-ın məqsədi oyunun lap əvvəlindən Suriyanı parçalamaq və burada daha bir dövlət yaratmaqdır. İstisna deyil ki, bu planlaşdırlan dövlət İraq kürdüstanı olacaq. İraq kürdüstanı vasitəsi ilə həm Türkiyənin, həm də İranın regionda maraqlarına cavab vermək və Rusiyanın ərəb dünyasındakı son mövqeyindən sıxışdırıb çıxarmaq istəyindən irəli gələcək. Yaxın prespektivində, ABŞ-da prezident seçkiləri keçirilənə qədər hərbi əməliyyatlara ABŞ-ın rəvac verəcəyini düşünmürəm. Klinton prezident seçkilərində qalib gələcəyi təqdirdə Mosul və Rakka ilə bağlı məsələləri öz maraqları konteksində həll edəcək. Əksinə, Tramb seçkilərdə qalib gəlsə, bütün hallarda Rusiya ilə qarşıdurmaya getməyəcək və eyni zamanda maraqlı olacaq ki, Obama adminstrasiyası dönəmində Türkiyə ilə aralarında yaranmış problemi həll etsin. Bu problem həllini tapmasa, Türkiyənin NATO-dan çıxacağı heç kəsdə şübhə doğurmur. Türkiyənin yaxın zamanda konstitusiya islahatları keçirməsi, prezidentlik üsul-idarəsinə keçmək istəməsi də onu göstərir ki, Ankara ABŞ və özünün NATO-dakı müttəfiqlərinə etimad etmir. Düşünürəm ki, ABŞ-dakı seçkilərin nəticəsini gözləmək lazımdır. Bundan sonra Suriya məsələsinin hansı yöndə həll ediləcəyinə daha dəqiq aydınlıq gətirmək olacaq". Səxavət Məmməd Ölkə.Az Geri dön |