Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Çin iqtisadiyyatın illik artımını 6,5 faiz səviyyəsində saxlamağı planlaşdırır
Çin iqtisadiyyatın illik artımını 6,5 faiz səviyyəsində saxlamağı planlaşdırır |
Cari ilin üçüncü rübündə Çin iqtisadiyyatının artımı 6,7 faiz təşkil edib. Bu, əvvəlki iki rübün göstəriciləri ilə eyni olmaqla bərabər, həm də analitiklərin irəli sürdükləri proqnozu təsdiqləyir.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, Çin hökuməti qarşıdakı üç il ərzində daha çox iş yerlərinin yaradılması, eləcə də qeyri-səmərəli istehsal sahələrinin restrukturizasiyası vasitəsilə iqtisadiyyatın illik artımını 6,5 faiz səviyyəsində saxlamağı planlaşdırır. Bununla belə, Çin iqtisadiyyatının builki artım göstəricilərinin keçən illə müqayisədə daha da aşağı olacağı gözlənilir. Son göstəricilər müsbət olsa da, iqtisadçılar təxmin edirlər ki, hazırda Çin iqtisadiyyatı dövlət xərclərindən və mənzil tikintisi bumundan son dərəcə asılıdır. Buna görə də özəl investisiyalar və ixrac əvvəlki kimi aşağı səviyyədə qalır. Geri dön |