Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb |
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi 2016-cı il oktyabrın 1-nə 6 358 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 101,6 mln. manat və ya 1,57%, ilin əvvəlinə olan göstərici ilə müqayisədə 1 846,5 mln. manat və ya 22,5% azdır. Bununla yanaşı, keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 72,8 mln. manat və ya 1,16% artıb. "Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin ilin əvvəli ilə müqayisədə azalması AMB-nin kommersiya banklarına tələbinin artması ilə izah olunur: "Yəni, AMB kommersiya banklarına xarici borclarını ödəmək üçün ilin əvvəlindən 1,9 mlrd. manata yaxın vəsait verib. Ümumiyyətlə, bank sektorunun AMB-yə və xaricə öhdəlikləri sentyabr ayında bir qədər azalıb". Geri dön |