Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qadın geyim bəzəkləri” sərgisində 200-dən çox eksponat nümayiş olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > “Qadın geyim bəzəkləri” sərgisində 200-dən çox eksponat nümayiş olunacaq

“Qadın geyim bəzəkləri” sərgisində 200-dən çox eksponat nümayiş olunacaq


Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” adlı sərgi noyabrın 10-dan 2017-ci il fevralın 14-dək keçiriləcək.

Muzeydən bildiriblər ki, sərgiyə bu müəssisənin etnoqrafiya, arxeologiya və xüsusi fondlarının materialları cəlb edilib. Arxeologiya fondundan 41, etnoqrafiya fondundan 142, xüsusi fonddan 60-dan çox müxtəlif növ materiallar təqdim olunacaq. Burada - baş bəzəkləri, düymə, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, tikmələr, toxuma bəzəkləri, şairə Xurşudbanu Natəvanın şəxsi əşyaları nümayiş etdiriləcək. Tamaşaçılar 200-dən çox eksponatla tanışlıq imkanı qazanacaqlar.

Muzeydə belə sərgi ilk dəfə təşkil edilir. Sərginin açılış günü bədii hissə və etnoqrafik materiallar əsasında slayd təqdim olunacaq.

Geri dön