Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə əməliyyatların həcmini açıqlayıb
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə əməliyyatların həcmini açıqlayıb |
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni əməliyyatları sabit şəkildə maliyyələşdirəcək.
Bunu “İnterfax” agentliyinə müsahibəsində bankın prezidenti İhsan Uğur Delikanlı deyib. Onun sözlərinə görə, 2016-cı ilin əvvəlində yaşanan iqtisadi çətinliklər və gözlənilən böhrana baxmayaraq, sabit maliyyələşdirmə bankın aktiv şəkildə bazarda mövcudluğunu davam etdirməyə imkan verəcək. “Biz xüsusilə regional əməkdaşlıq üçün faydalı olacaq layihələrdə iştirak etmək istərdik. Qara Dəniz Ticarət və İnkişaf Bankı 2011-2014-cü illər strategiyası çərçivəsində Azərbaycandakı fəaliyyətində kifayət qədər uğur qazanıb. Bu strategiya çərçivəsində isə 150 milyon avro həcmində layihələr təsdiqlənib, yeni öhdəliklər isə 120 milyon avro həcmində idi. Bu zaman isə dünya iqtisadiyyatında böyük qeyri-müəyyənlik yaşanırdı. 2015-ci ildə isə biz öz üzərimizə 69 milyon avro dəyərində yeni öhdəliklər götürdük. Biz bu inkişafdan və portfelimizin böyüməyindən məmnun idik. Nəticə etibarilə Azərbaycan bu gün əməliyyatlarımızın həcminə görə dördüncü ölkədir. Qeyd edim ki, buradakı əməliyyatlarımızın ümumi həcmi 125 milyon avrodur”, - deyə İ. U. Delikanlı bildirib. İ. U. Delikanlı qeyd edib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı 2015-2018-ci illər ərzində Azərbaycana 92 mln. avrodan 138 mln. avroyadək kredit ayırmağı planlaşdırır. Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ildə Qara Dəniz hövzəsi ölkələrinin iqtisadiyyatlarının təşviqi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə təsis edilib. Bankın təsisçiləri Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovadır. Bankın kapitalında Azərbaycanın iştirak payı isə 5%-dir. Geri dön |