Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Berat Albayrak: Bu ilin sonunadək TANAP-ın 55 faizi inşa ediləcək
Berat Albayrak: Bu ilin sonunadək TANAP-ın 55 faizi inşa ediləcək |
Azərbaycan təbii qazını Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşasının bu ilin sonuna qədər 55 faizinin tamamlanması planlaşdırılır.
Bu fikri Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak səsləndirib. Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP Türkiyənin Ardahan vilayətinin Posof qəsəbəsindən başlayaraq və boru kəməri marşrutu boyunca 20 rayon, 67 mahal və 600 kənddən keçərək Ədirnənin İpsala qəsəbəsində Avropaya keçəcək. Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. TANAP-a tələb olunan kapital xərcləri 9,2 milyard ABŞ dollarıdır. Bu il Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayıracağı nəzərdə tutulur. Həmin vəsaitin 55,7 faizi yaxud da 1,566 milyard dolları TANAP-a sərf ediləcək. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı planlaşdırılır. Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu təxminən 1373 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 459 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 17,6 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Layihə çərçivəsində 4 lot üzrə indiyədək 1326 kilometr uzunluğunda xəndək qazılıb və 1110 kilometr boru marşrut xətti boyunca düzülüb. 990 kilometr uzunluğunda boruların isə qaynağı tamamlanıb. TANAP bu günədək dünya miqyasında gerçəkləşdirilən ən böyük diametr və uzunluğa sahib olan təbii qaz boru xətti layihələrindən biri olacaq. TANAP-ın istifadəyə verildikdən sonra Azərbaycan İranı qabaqlayaraq Türkiyə bazarının ikinci ən böyük təbii qaz tədarükçüsü olacaq. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz. Geri dön |