Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə > Qacar xanədanının sonuncu şahzadəsindən Bakıda şok bəyanat:“Azərbaycan, Türkiyə və İranın bir dövlətdə birləşməsini istəyirəm” -VİDEO
Qacar xanədanının sonuncu şahzadəsindən Bakıda şok bəyanat:“Azərbaycan, Türkiyə və İranın bir dövlətdə birləşməsini istəyirəm” -VİDEO |
Azərbaycan Qacar Xanədanının son varisi Şahzadə Babək Mirzə Azərbaycana gəlib. AzVision.az-a eksklüziv müsahibə verən Şahzadə Babək Mirzə Azərbaycan, paytaxt Bakı ilə bağlı təəssüratları bölüşüb. Ölkəmizdəki inkişafdan söhbət açıb.
Strateq.az bildirir ki, öz müsahibəsində Babək Mirzə bir sıra maraqlı açıqlamalar verib. O, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini ölkəmizin ayırlmaz hissəsi olduğunu bəyan edib: “Dağlıq Qarabağ ərazisi Azərbaycan torpaqlarıdır. Münqaişə tezliklə öz həllini tapmalıdır”. Daha sonra Babək Mirzə siyasi tarixə ekskurs edib və Qacar Xanədanı zamanı baş verən siyasi prosesləri xatırladıb: “Azərbaycan bizim vətənimzidir. Biz Azərbaycana hökmranlıq etmişik. Atam 1922-ci mayın 1-də Bakıda doğulub”. Şahzadə deyib ki, sonuncu dəfə Bakıda 1994-cü ildə qısamüddətli səfərdə olub. Bu dəfə isə Bakıda olduğu müddətdə qohumları ilə görüşüb. Özü barədə məlumat verən Babək Mirzə deyib ki, Berlində doğlulub və hazırda ABŞ-ın Los-Anceles şəhərində yaşayır. Əmlak məsələləri üzrə investordur: “Qacarlar süləlsi var və olacaq. Biz böyük xanədan olmuşuq. Böyük bir dövlətə rəhbərlik etmişik. Qacar xanədanı mədəniyyətə böyük diqqət yetirib”. B. Mirzənin sözlərinə görə, bu səfəri zamanı İranın, Türkiyənin və Azərbaycanın yaxşı münasibətlərinə öz töhfəsini vermək istəyir: “Mən İranı, Türkiyəni və Azərbaycanı öz vətənim hesab edirəm. Atamın arzusu idi ki, bu 3 dövlət Avropa Birliyi kimi bir dövlətdə birləşin. Mən də bunu arzulayıram”. İranda yaşayan azərbaycanlılarla Azərbaycanın münasibətlərinə toxunan şahzadə deyib ki, bu məsələdə bütün hallarda siyasət arxa plandadır: “Əsas odur ki, könül birliyi var. Önəmli olan budur. Siyasi gündəm dəyişkən ola bilər. Bu gün siyasət belədir, sabah başa cür… Biz isə həmişə bərabərik”. Babək Mirzə Qarabağla bağlı sülh danışıqları haqqında mövqeyini də ifadə edib: “Qarabağ Azərbaycan torpağıdır. Ermənistan da Qacarların torpağı olub. İnşallah, ümid edirəm Qafqaz xalqlarının gözü açılacaq. Onlar başa düşəcək ki, xarici gücə xidmət etmək xoşbəxtlik gətirmir. Qarabağ Azərbaycanın torpağı olacaq. İnanıram ki, Qafqaz xalqları öz problemlərini xarici qüvvənin təsiri ilə deyil, özləri həll edəcəklər”. Bakıya vurulduğunu deyən Şahzadə şəhərdə ev almaq qərarı verdiyini deyib. X. SƏFƏROĞLU Strateq.az Geri dön |