Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Muzeydə “Qadın geyim bəzəkləri” sərgisi açılıb
Muzeydə “Qadın geyim bəzəkləri” sərgisi açılıb |
Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılışı olub.
Müvafiq qurumların təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeydə aparılan elmi tədqiqatlardan, qazanılan uğurlardan danışıb. Sonra sərgi barədə məlumat verilib. Bildirilib ki, sərgiyə muzeyin etnoqrafiya, arxeologiya və xüsusi fondlarının materialları cəlb edilib. Burada arxeologiya fondundan 41, etnoqrafiya fondundan 142, xüsusi fonddan 60-dan çox müxtəlif növ materiallar təqdim olunur. Sərgidə baş bəzəkləri, düymə və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, tikmələr, toxuma bəzəkləri və s. eksponatlar nümayiş etdirilir. Sonra tədbir iştirakçıları qadın geyim bəzəkləri ilə tanış olublar. Sərgi 2017-ci il fevralın 1-də başa çatacaq. Geri dön |