Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənclər Fondu gənclərə nə verəcək?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Gənclər Fondu gənclərə nə verəcək?

Gənclər Fondu gənclərə nə verəcək?


Elməddin Hacılı

Statistik məumatlara görə bu gün Azərbaycanda 3000-ə yaxın qeyri-hökumət təşkilatı mövcuddur ki, bunlardan da 200-ə qədərini gənclərin qeyri-hökumət təşkilatlarıdır. Onlar da öz məqsəd və vəzifələrinə uyğun olaraq gənclərin inkişafı istiqamətində müxtəlif layihələrin icrasını təmin edərək, gənclərin vətəndaş cəmiyyətinin qurulmasında iştirakını gücləndirməyə çalışır, ictimayyətin diqqətini təhsil, ekoloji, mədəni və digər problemlərin həllinə yönəltməyə səy göstərirlər.

Məlum olduğu kimi, ötən ilin dekabr ayında dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılmışdır. Qeyd etmək lazımdır ki, artıq bir neçə il idi ki, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşklatlarıının müxtəlif sahələri əhatə edən layihələrinə maliyyə dəstəyi göstərilir və həmin layihələrin icrasına yardım edilirdi.

Ekspertlərin də fikrincə, Gənclər Fondunun yaradılması gənclər təşkilatlarının fəaliyyətinə və onların layihələrinə maliyyə dəstəyinin göstərilməsi işini daha da təkminləşəcək. Fondun yaradılmasında əsas ideya ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının milli və beynəlxalq miqyaslı strateji layihələrin keçirilməsinə dəstək verməkdir.

Gənclər Fondu ideyası Azərbaycada tətbiq olunan yeni bir modeldir. İlk dəfə Gənclər Fondu 1999-cu ildə İngiltərədə gənclərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə yaradılmışdır. Bu gün Gənclər Fondu dünyada yeni bir model kimi artıq İngiltərə ilə yanaşı dünyanın bir çox ölkələrində: Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Hindistan, Kanada, Balkan yarımadası ölkələrində həyata keçirilən yeni bir gənclik konsepsiyasıdır. Düşünürik ki, növbəti illərdə Azərbaycan Gənclər Fondu modeli və bizim gənclərin təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilməyə başlanılcaqdır və həmin ölkələrdə Azərbaycan təcrübəsindən istifadə olunacaqdır.

Bir məqamı da qeyd etmək lazımdır ki,Gənclər Fondunun yaradılıması ötən ildə hazırlanan və təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulumuşdur.

Gənclər Fondunun əsasnaməsində gənclərlə iş sahəsində ən müxtəlif sahələrdə strateji layihələri icra etmək, gənclər təşkilatlarının bu sahədə təşəbbüslərinə dəstək vermək və gənc təşkilatlarının fəaliyyətinin stimullaşdırılması kimi maraqlı məqamlar öz əksini tapıb.

Əsasnaməyə görə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Fondun əsas məqsədidir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırır, ideyaların yaradılması və idarəedilməsində bacarığını stimullaşdırır.

Eyni zamanda, gənclərlə iş sahəsində maddi-texniki bazanın gücləndirilməsi, dövlət qurumlarında və qeyri-hökumət təşkilatlarında çalışan gənc kadrların hazırlanması da qurumun yerinə yetirəcəyi əsas vəzifələrdəndir. Eyni zamanda bu fondda toplanan vəsaitlərdən elm sahəsində çalışan yaradıcı, istedadlı gənclərin stimullaşdırılması üçün müxtəlif mükafat, təqaüdlərin təsis olunması nəzərdə tutulub.

Gənclər Fondu gənclər təşkilatları üçün müxtəlif yönümlü ideyaların dəstəklənməsinə yeni imkanlar yaradır. Yəni Gənclər Fondu gənclərin inkişafına yönəlmiş yenilikçi bir ideyadır.

Fondun yaradılması ilə müxtəlif layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə,
liderlik bacarıqlarının və biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi və gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün imkanları daha da təkminləşəcəkdir. Eyni zamanda Fond gənclərin cəmiyyətdə özünü müəyyənləşdirmə, iqtisadi cəhətdən fəallıq və sərbəstlik və aid olduqları icmaların sosial və iqtisadi inkişafında fəal iştirakının təmin edilməsi üçün müvafiq bilik, bacarıq və münasibətlər aşılanması istiqamətində
mühüm rol oynayacaq.

Gənclər Fondunun əsasnaməsinə görə Fond həm dövlət büdcəsindən, həm də kənardan maliyyələşə bilər. Bura ianələr, qrantlar, fondun öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər və s. daxildir. Gənclər Fonduna 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan beş milyon manat ayrılmışdır.

Yəqin ki, yaxın vaxtlarda Fondun müəyyən olunmuş prioritetlərinə uyğun olaraq ayrılan maliyyə vəsaitindən asılı olaraq qrant layihələri elan olunacaq və gənclər təşkilatları tərəfindən irəli sürülən layihələrə maliyyə yardımı ayrılması təmin olunacaqdır.

Ümumiyyətlə, Azərbaycanda Gənclər Fondunun yaradılıması müxtəlif gənclər təşkilatları tərəfindən gənclərin problemlərinin həllinə və onların inkişafına yönələn layihələrin icra olunması üçün imkanların kifayət qədər artmasına səbəb olacaqdır.

Geri dön