Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Neftçalada Qarabağ əlilləri və şəhid ailələrinə 10 fərdi yaşayış evi verilib
Neftçalada Qarabağ əlilləri və şəhid ailələrinə 10 fərdi yaşayış evi verilib |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Neftçala rayonunda inşa etdirilmiş 10 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fərdi yaşayış evlərinin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, əlil ictimai birliklərinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Z.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğısının təzahürü kimi, ölkəmizdə sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb: “Bu sosial proqramlardan biri də respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı proqramıdır. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər cari ildə də uğurla davam etdirilir. Bu il nazirlik tərəfindən Azərbaycanın 30 rayonunda 134 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə, 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub”. Fondun direktoru hər bir istifadəyə verilən mənzildə normal yaşayış üçün müasir tələblərə uyğun şərait yaradıldığını diqqətə çatdırıb: “Hazırda qeyd olunan təbəqələrə aid insanların mənzillə təminatı məqsədilə fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”. Z.Babayev müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatının gücləndirilməsi yönündə görülən işlərdən də bəhs edib. O, cari ildə də bu sosial ödənişlərin məbləğində artımlar edildiyini bildirib, müharibə əlillərinin səmərəli bərpa-müalicə sistemi ilə əhatə olunmaları, onların tibbi-sosial reabilitasiyası istiqamətində görülən işləri diqqətə çatdırıb. Digər çıxış edənlər ölkəmizdə aparılan sosial siyasətin hər bir vətəndaşın, xüsusən sosial cəhətdən həssas qruplara aid şəxslərin həyat səviyyəsinin yaxşılaşmasına xidmət etdiyini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunmalarını bunun daha bir əyani təsdiqi kimi dəyərləndirib, belə tədbirlərin cəmiyyətdə rəğbətlə qarşılandığını bildiriblər. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə müasir tələblərə uyğun inşa olunmuş fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. İstifadəyə verilən 10 ədəd fərdi yaşayış evindən 6 ədədi Qarabağ müharibəsi əlillərinə, 4 ədədi isə şəhid ailələrinə təqdim edilib. Geri dön |