Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Nazir müavini: “Gürcüstan ilə Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının idxal-ixracında azalma var”
Nazir müavini: “Gürcüstan ilə Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının idxal-ixracında azalma var” |
"Bu il Gürcüstan ilə Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının ticarətində azalma müşahidə olunub. 2016-cı ilin 10 ayında ölkələrimiz arasında təqribən 38 milyon dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirilib".
Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Qoça Çopuraşvili deyib. Nazir müavini bildirib ki, Gürcüstan bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində Azərbaycan ilə səmərəli əməkdaşlıq edir: "Bizim fitosanitar və baytarlıq xidmətlərimiz sərhədyanı bölgələrdə tez-tez yoxlamalar aparır, informasiya mübadiləsi edirlər. Yolxucu və digər xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi istiqamətində birgə fəaliyyət göstərirlər". O qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarəti də həyata keçirilir: “Bu ilin 10 ayında Azərbaycandan ölkəmizə 16 milyon dollara yaxın taxıl, un və makaron məmulatları, qənnadı məhsulları, şokalad, bitki yağları, spirt və s məhsulları idxal olunub. Gürcüstandan isə Azərbaycana 22 milyon dollardan çox sitrus meyvələri, kartof, şərab, ət məhsulları və s ixrac edilib”. Q.Çopuraşvili deyib ki, bu göstərici 2014 və 2015-ci illərlə müqayisədə xeyli azdır: "Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Amma bu heç də ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində problemlərin olduğu anlamına gəlmir. Sadəcə olaraq başqa ölkələrin bazarları da var və həmin malların başqa bazarlara çıxarılması halları artıb”. Onun sözlərinə görə, Azərbaycanın iş adamları Gürcüstanda kənd təsərrüfatı sahələrinə sərmayə qoyurlar və gəlir əldə edirlər: "Hökumət onlar üçün bütün şəraiti yaradıb. Azərbaycanın dost köməyini daimi hiss edirik. Bu il taxıl biçini zamanı Azərbaycan bizə texnika ilə yardım göstərdi. Həmin texnikanın köməyi ilə biz məhsulu vaxtında toplaya bildik. Azərbaycanın dost yardımı bu gün də davam edir. Buna görə, Azərbaycan dövlətinə minnətdarlığımızı bildirirəm”. Geri dön |