Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SOCAR Rumıniyanın enerji bazarının 10 faizinə sahib olmağı planlaşdırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > SOCAR Rumıniyanın enerji bazarının 10 faizinə sahib olmağı planlaşdırır

SOCAR Rumıniyanın enerji bazarının 10 faizinə sahib olmağı planlaşdırır


Rumıniyanın paytaxtı Buxarest şəhərində bu ölkənin nüfuzlu “Neft sənayesi icmalı” jurnalı və “Rumıniya Neft Klubu”nun təşkilatçılığı ilə “Rumıniya Neft və Qaz sərgi və konfransı-2016” keçirilib.

SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” törəmə şirkətinin də iştirak etdiyi tədbirə Rumıniyanın dövlət və hökumət nümayəndələri, neft-qaz sənayesi sahəsində bu ölkədə fəaliyyət göstərən aparıcı xarici şirkətlərin rəhbərləri, iş adamları, enerji sahəsində çalışan mütəxəssis və ekspertlər qatılıb.

“SOCAR Petroleum SA” şirkətinin baş direktoru Həmzə Kərimov konfransda çıxış edərək Azərbaycanın zəngin neft tarixi və neft strategiyası barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynadığını vurğulayan baş direktor “Cənub Qaz Dəhlizi”, TAP və TANAP layihələrinin yaxın bir neçə ildən sonra istifadəyə verilməklə Avropanın enerji xəritəsini tam dəyişəcəyini xüsusi qeyd edib.

Baş direktor çıxışında SOCAR-ın beynəlxalq aləmdəki fəaliyyətinə də toxunub. Bildirib ki, SOCAR artıq dünyada tanınan bir brenddir və beynəlxalq miqyasda enerji sahəsində aparıcı oyunçuya və söz sahibinə çevrilib. Şirkət istər Cənubi Qafqaz regionunda, istərsə də Avropanın bir çox dövlətlərində iri layihələrə imza atmaqdadır. Şirkətin Türkiyəyə qoyduğu investisiyalar da bunu deməyə əsas verir.

SOCAR-ın Rumıniyadakı fəaliyyəti barədə də tədbir iştirakçılarına ətraflı məlumat verən Həmzə Kərimov vurğulayıb ki, qısa müddət ərzində şirkət ölkə bazarında bir sıra uğurlara imza atıb. Hazırda SOCAR Rumıniya iqtisadiyyatına 60 milyon avro həcmində sərmayə yatırıb. Paytaxt Buxarest də daxil olmaqla Rumıniyanın 17 regionunda “SOCAR” brendi altında 34 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib ki, burada da müştərilərə yüksək səviyyədə xidmət göstərilir. Ümumilikdə şirkətdə təxminən 500 işçi çalışır. Yanacaqdoldurma məntəqələrində fəaliyyət göstərən “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları da müştərilərin ixtiyarına verilib. Qarşıya qoyulan əsas məqsədlərdən biri də qısa zamanda bu sahədə Rumıniya bazarının 10 faizinə sahib olmaqdır.

Sonda “SOCAR Petroleum SA” şirkətinin baş direktoru tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Geri dön