Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-ın xam neft ehtiyatları 2,4 milyon barrel artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > ABŞ-ın xam neft ehtiyatları 2,4 milyon barrel artıb

ABŞ-ın xam neft ehtiyatları 2,4 milyon barrel artıb


ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində əvvəlki həftə ilə müqayisədə 2,4 milyon barrel (0,5 faiz) artaraq 485 milyon barrelə çatıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

Bazar proqnozları isə ehtiyatların 1,3 milyon barrel artacağı istiqamətində idi.

Həmin dövrdə ABŞ-ın xam neft istehsalı əvvəlki həftəyə görə gündəlik orta hesabla 170 min barrel artaraq 8,69 milyon barrelə çatıb. Ötən həftə ölkənin xam neft idxalı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,55 milyon barrel azalaraq 7,44 milyon barrelə enib.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək ötən hesabat həftəsində də 695,1 milyon barrel təşkil edib.

Geri dön