Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Rus tarixini yaradan türk - Karamzin
Rus tarixini yaradan türk - Karamzin |
Karamzin türk-tatar ovlağı olan qədim türk yurdu Simbir əyalətinin Karamzinka kəndində anadan olmuşdur. Onun soyadının kökü elə Karataev, Karakozov, Karatiqin familyalarında olduğu kimi o qədər də çətin hiss olunmur; türk “kara” (böyük, güclü, mötəbər) sözü açıq-aşkar görünməkdədir.
Minəxanım Nuriyeva-Təkləli Türkoloq Tale onu lap uşaqlıqdan tarix yazmağa hazırlayırdı. O, Simbirskdə mülkədar ailəsində doğuldu. Puqaçov üsyanının vahiməsindən ailəsi ilə birlikdə qaçıb gizlənməli oldu. Parisdə Böyük Fransa inqilabının (1789-1794) şahidi ola bildi. 1812-ci ilin təslim olunmuş Moskvasının xiffətini yedi və 1825-ci ilin dekabrın 14-də şaxtalı meydanında xəstələndi (Bu xəstəlik onu qəbrə apardı). Hər biri nəsillər tərbiyə etməli olan bu böyük hadisələr bir ömrə sığışa bildi. “Bədbəxt Liza” əsərinin müəllifi, yazıçı Karamzin şeiri də, nəsri də, jurnalistikanı da bir yana qoyub, tarixi araşdırmağa keçir. Puşkin onun fövqəladə tarixçilik istedadı barədə deyib: “Amerikanı Kolumb kəşf etdiyi kimi, qədim Rusiya da Karamzinlə kəşf edildi”. Karamzin türk-tatar ovlağı olan qədim türk yurdu Simbir əyalətinin Karamzinka kəndində 1766-cı ilin dekabrın 1-də anadan olmuşdur. Onun soyadının kökü elə Karataev, Karakozov, Karatiqin familiyalarında olduğu kimi o qədər də çətin hiss olunmur; türk “kara” (böyük, güclü, mötəbər) sözü açıq-aşkar görünməkdədir. Ulu babaları Kara Murza sərkərdə olub. Onun adı Kara Murza - Karamza “Karamzin”(in şəkilçi) soyadını yaratmışdır. Lakin ailədə artıq həmin qədim babanı unutmuşdular. Karamzinlər öz nəsillərini 16-cı əsrdə yaşamış Semyon Karamzindən başlayırdılar. Onun oğlu Dmitri Semyonoviç Karamzin Vasili Şuyskinin vaxtında Moskva altında, Suzdal və Kasımovda xidmət aparmışdı. Karamzinin anası da məşhur ailədən idi. Qızlıq soyadı Pozuxina olan anası onu doğarkən ölmüşdü. Oğul anasını şeirlərində yad edirdi: “Sən mənə həyat verib, özün getdin. Həyatımın ilk çağında tale mənə dağ çəkdi”. Karamzin iki dəfə evlənmişdi; hər dəfə də onu sevən qadınla, ləyaqətli insanla tale onu görüşdürürdü. İlk qadını Liza bir uşaq doğub dünyanı tərk etmişdi; yazıçı onun obrazını “Rus səyyahının məktubları”nda, şeirlərində, povestlərində yaratmışdı. Onunla çox xoşbəxt idi. Tale ona 2-ci qadını bəxş edəndə onun sınıq könlünə sanki məlhəm qoydu; o Rusiyanın varlı dövlət adamı knyaz Vyazemskinin qızı idi. Bu qız qeyri-qanuni hesab olunsa da, öz gözəlliyi, cazibəsi ilə hamını heyran qoymuşdu. Çoxları onu yerdə, insanlar arasında yaşayan mələk hesab edirdi. Ağıllı, mərifətli, gözəl Yekaterina yazıçıya dərhal “hə” deyir, onun yetim qızına da analıq edir. Karamzinin həm də bununla maddi vəziyyəti düzəlir. Get-gedə onun evi Moskvanın ən mədəni, ən gur yığıncaq yerinə çevrilir. Heç kəsin salonu onun evi ilə rəqabət apara bilməzdi. Ən ağıllı, vacib söhbətlər burada olurdu. Axı hər cəmiyyətdə adamı məclisə, nahara, şama dəvət edərlər və burada insan yeyib-içə, şənlənə bilər, rəqs edər və s. amma söhbət - bax bu hər yerdə olmaz, hər yerdə baş tutmaz. Həm də ədibi o zaman qonaq çağırarlar ki, ona məhz sahəsilə bağlı işləri düşüb, eynən xəstə üstünə təbib çağırılan kimi. Amma Karamzin özü gözəl söhbət adamı idi. Təmkinlə, maraqla, həm də müxtəlif mövzularda söhbəti qururdu. Təkcə ana tarixdən söz düşəndə və söhbət vətənin müqəddəratına yönələndə o elə ilhamla, coşğun tərzdə danışırdı ki, sanki dava edirdi. Puşkin həqiqətən onu Rusun ilk tarixçisi adlandırmaqda haqlı idi. Amma Tatişşev, Şerbatov kimi tarixçilər vardı... Məsələ ondadır ki, Karamzin tarixi yazarkən çarizmin ideoloqu və təəssübkeşi kimi hərəkət edirdi. Ona xas olan müdriklik və ədalət tarixə qələm çalmaqda ikən onu tərk edib kənarda dayanırdı. Bəli, Rusun tarixini ona qədər Tatişşev, Şerbatov, Miller yazmışdı. Ondan sonra da yazanlar tapılacaqdı - Kostomarov, Solovyov, Klyuçeveki meydana çıxacaqdı. Karamzin əvvəlki tarixçilərin fikir və rəylərini saf-çürük edir, xüsusən Şerbatovun rəyi əlinə keçərkən özündən çıxır: Şerbatovun tatarların (həm də monqolların) döyüşdə üstünlüklərini, hərb sənətinə məharətini qeyd etməsini Karamzin qəbul edə bilmir, özü əlavə edib göstərirdi ki, qədim ruslar nə mərdlikdə, nə də qırıb-çatmaq sənətində heç bir avropalı xalqdan geri qalmamışdı. Fəqət knyazlar bir-birini qəbul etmədiyindən hərbi uğursuzluqlar da onları daim izləmişdir. Çar özü onun tarixdən yazdığı işin az qala hər səhifəsindən xəbər tuturdu; az qala bütün mədəni Rusiya onun tarix yazmağa girişdiyini bilirdi. O da bacardığından artıq rusun kökünü-rişəsini münbit torpağın dərinliklərinə çəkdikcə çəkirdi. Yazıçıya yaxın olan məmurlar gələcəkdə onu gözləyən mükafat və təltiflərə eyham vururdular. O isə bundan inciyərək: “mükafat azadlığı qandallayır, mükafat şəxsiyyəti özünə qul edir, onu həqiqətdən yan keçməyə vadar edir” - deyirdi. Elə çarla (I Aleksandrla) görüşündə ilk dəfədəcə mənalı-mənalı qeyd etmişdi: “II Yekaterina sevirdi ki, onunla sərbəst danışsınlar”. Çarla dostluğu başlayır. İmperatorun bacısı şahzadə Yekaterina Pavlovna tarixçilərin, ədəbiyyatçıların hamisi kimi hərəkət edib onu qubernator təyin etdirmək istəyirdi. Karamzin etiraf edir: belə olduqda ya pis qubernator, ya da pis tarixçi olacağam. Çar ailəsi onun başına fırlansa da, o dostluqda sərhəddi keçmir; qoy başqalarının başı hərlənsin bundan. Bütün monastırlarda hifz olunan salnamələr çarın icazəsi ilə onun əli altında idi. Öz şagirdləri və köməkçiləri ilə gecə-gündüz işləyir. Yenə də özündən narazı qalır: “vaxt qaçır, mənim “tarixim”sə iməkləyir" - deyə yarızarafat, yarıciddi gileylənirdi. Tarixi isə təkcə imperator oxumurdu. Bütün saray, yazıçının dostları onun yazıb, yuxudan ayıltdığı tarixə dalmışdılar. Yazıçı ən yaxın dostlarının məclisində Jukovskiyə, Batyuşkova, Turgenevə, Bludova, Uvarova... özü oxuyurdu. Dinləyicilər bədii əsərə qulaq asırmış kimi huş-guşla onu dinləyirdilər. 1812-ci il. Vətən müharibəsi başlayır. Yazdığı “Tarix”i yarıda qoyub cəbhəyə könüllü getmək istəyir; həqiqi müharibə meydanlarına can atır. Qohumu Moskva şəhərinin general-qubernatoru qraf Rastopçin onu saxlayır: “Hara? Müharibə özü bura gəlir” - deyə onu soyutmağa çalışır. Moskvadan ən axırıncı çıxanlardan olur. Onun köçünün qiyməti daşıdığı tarixi mənbələrdə, çoxlu əlyazmalarda idi. Can atırdı gözüylə gördüyü müharibəni təsvir etsin, amma xronoloji ardıcıllıqla gəlib 16-cı əsrin başlanğıcına çatmışdı. Rus qoşunları Parisə daxil olur, savaş bitir. Karamzin də Ostafyevdə tarixi ələk-vələk edib yazmağa davam edir. Ostafyev arvadının atası Vyazemskinin mülki idi. Şair Pyotr Vyazemski isə onun qaynı! Karamzini saraya dəvət edirlər. O isə Moskvadan ayrılıb qopa bilmir. Yeni şəhərlə - Peterburqla onunku tutmur. Yeni paytaxtda özünü elə hiss edir ki, sanki heç Rusiyada deyil, “hər an çuxon danışığı eşidirəm” (Çuxon rusların finlərə verdiyi həqarətli addır). Lakin paytaxta yavaş-yavaş öyrəşir. Bu sevgisinə də haqq qazandırır, öz bildiyi şəkildə: “Burada padşahı, imperatriçanı və Neva çayını sevirəm” deyir. Beləliklə, 1816-cı ildə Peterburqa yerləşən yazıçı bir daha dönüb Moskvanı görmədi. Ömrünün sonuna kimi (1826) Peterburqda yaşadı. İmperatorun Yaylaq sarayında (Çarskoe Seloda) yaşayırdı. Kabinetini təkcə gəzintiyə görə tərk edirdi, bu zaman da dəftəri qurşağında olurdu. Çar ona bu barədə də sərbəstlik vermişdi: “Yalnız Karamzin çəmənliyi tapdayıb gəzə bilər”. Karamzin yeni aldığı arvadından iki dəfə böyük idi. Bu qadın əzəmətli insan idi. O, həqiqətən yazıçıya tale payı, könül ərməğanı idi. Mənən də nə qədər gözəl, lakin susqun, ciddiyyətli bir xanım idi. Sükut dolu baxışları sanki bülbül ləhcəsindən də mənalı və atəşli idi. Əgər danışa bilsəydi, bir az söhbətcil, danışqan olsaydı... Axı ölümcül yaralanan Puşkin son nəfəsdə yalnız onu görməyi arzulayır, dalınca adam göndərir. Məhz ona özü üçün dua etməyi xahiş edir... Karamzin sarayda yaşayır, bura öz evi kimi çox rahatdır. Özünü öz boşqabında hiss edir. Arvadı çarla rəqs edir. Söz-söhbət doğur. Müdrik Karamzin çalışır, bu ətürpədən və əttökən hadisələrə barmaqları arasından baxsın. Cavan arvadı hər ilin tamamında bir uşaq doğurdu. Peterburqda zarafatdan qalmırdılar: “Karamzin illəri təzə uşaqla və Rusiya tarixinin təzə cildləri ilə sayır” - deyirdilər. İmperator ailəsiylə yaxınlığı bəzən sərhədləri aşıran ağlagəlməz situasiyalar yaradırdı. Söhbətlərdə o qədər cəsarət göstərirdi və o qədər uzağa gedirdi ki, sarayda bir dəfə nahar zamanı bunları müşahidə edən bir xarici qonaq bunun yaxşı hal olmadığını nəzərə çatdıranda imperator Aleksandr gülərək: “Karamzinə olar” demişdi. Çar Taqanroqda qəflətən vəfat edir. Karamzin özünün əsl dostunu itirir. Yeni çar seçilməkdə, gizlicə yetişən dekabristlər təşkilatı qövldən felə keçməkdədir. Karamzində duyum vardı: gələcəyi görmək. Taqanroqa yola düşən çarın da, özünün də ömrünün sonuna az qaldığını nəzərə çatdırmaq üçün padşaha həkimanə tərzdə: fövqəladə iş görməyinin vaxtıdır, tələs, çarlığa necə gözəl başlamışdınsa elə də gözəl bitir - deyə onu islahatlar keçirməyə ruhlandırmışdı. Nə olar, bu cəsarətə inanmaq lazım gəlir... Şair həmişə padşahdan ənam gözləməz ki... Həmişə çarın yanında idi, dostluqlarına arxalanıb hər şeyi qırmızı-qırmızı ona deyən vəzir kimi özünü aparırdı. Çar I Aleksandr öldükdə də hər gün sarayda idi, bir xalq elçisi kimi xalqın gileylərini çatdırır, imperatorun səhvlərini göstərirdi. Öz xəstəliyini də yaman duyurdu: acıdil və kinli idi; danışır, hey danışırdı. Çarın anası isə susurdu. Nəhayət dözə bilmədi, dərdli-dərdli: “Ana ürəyinə yazığın gəlsin, aman ver Nikolay Mixayloviç!" - deyə fəğan etdikdə Karamzin müdrikcəsinə: "Ülya-həzrət, mən təkcə ölən hökmdarın anasına yox, həm də yeni taxta çıxacaq hökmdarın anasına şikayətlənirəm", demişdi. 22 mayda isə artıq böyük tarixçi yox idi. Xalq isə inanırdı ki, Karamzin sağ olsaydı, dekabristlərin edamına yol verməyəcəkdi. Bəlkə də... Amma o özü onlardan əvvəl ölüb bu dünyanı tərk etdi. İndi onun və arvadının qoşa məzarı Aleksandr-Nevski xiyabanındadır. “Mən təkcə tarixlə məmnunam”, deyən Karamzin 12 cildlik “Rus dövlətinin tarixi” kitabını Romanovların tarixinə qədər (1613) işləyib çatdıra bildi. Tarix yarımçıq qaldı, tamamlanmadı. Öz ömrü kimi. Geri dön |