Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın müdafiə naziri Səfər Əbiyev: Azərbaycan İsraildən aldığı silahlardan İran əleyhinə istifadə etməyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Azərbaycanın müdafiə naziri Səfər Əbiyev: Azərbaycan İsraildən aldığı silahlardan İran əleyhinə istifadə etməyəcək

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev: Azərbaycan İsraildən aldığı silahlardan İran əleyhinə istifadə etməyəcək


General Əhməd Vəhidi: “Azərbaycanın İsraillə bağladığı müqavilənin İran-Azərbaycan münasibətləri ilə heç bir əlaqəsi yoxdur”
“Azərbaycan İsraildən aldığı silahlardan İran əleyhinə istifadə etməyəcək”. Bu fikirləri İranda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyev iranlı həmkarı ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan və İsrail arasında bağlanan müqavilə beynəlxalq qanunlara əsaslanır və Azərbaycan İsraildən alınan silahlardan İran əleyhinə istifadə etməyəcək: “Azərbaycanla İranın münasibətləri başqa sahələrdə qənaətbəxş olduğu kimi, hərbi sahədə də genişləndirilməkdədir. İranla Azərbaycanın dini, tarixi və mədəni baxımdan çox yaxın ölkələrdir. Bunu dəfələrlə bəyan etmişik. Bu bağlar əlaqələrin daha da möhkəmlənməsinə əsas verir. İran Azərbaycanın müstəqilliyini rəsmi tanıyan ilk ölkələrdəndir. Regionda münaqişə yaradan yalnız Ermənistandır. Ümid edirik ki, İran dövləti və xalqı Ermənistan tərəfindən Azərbaycan əleyhinə olan bu ədalətsizliyə öz münasibətini daha da aydın şəkildə bildirəcək”.
Daha sonra jurnalistlərin suallarını cavablandıran müdafiə naziri İranın islam ölkələri sırasında qüdrətli dövlətlərdən biri olduğunu deyib: “İran islam əleyhinə olan fitnələrin qarşısını məharətlə alır. Düşmənlər Azərbaycan və İranın arasını vurmağa çalışırlar, amma bu mümkün deyil. Azərbaycan öz siyasətində möhkəmdir və heç vaxt əsassız məsələlərə əhəmiyyət vermir”.
Mətbuat konfransında çıxış edən İranın müdafiə naziri Əhməd Vəhidi bildirib ki, İran-Azərbaycan münasibətləri qənaətbəxşdir və əgər iki ölkə arasında hər hansı bir problem yaranacağı təqdirdə, bu müzakirələr yolu ilə həll oluna bilər: “Azərbaycanın İsraildən silah alma məsələsi isə yeni deyil, bu müqavilə bir müddət öncə bağlanıb. Bunun İran və Azərbaycan münasibətləri ilə heç bir əlaqəsi yoxdur. İran hərbi sahədə Azərbaycana hər cür yardım etməyə, eləcə də birgə təlimlər keçirməyə hazırdır”.

Geri dön