Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qripdən qorunmağın TƏBİİ YOLLARI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Qripdən qorunmağın TƏBİİ YOLLARI

Qripdən qorunmağın TƏBİİ YOLLARI


Havanın soyuması ilə qripə yoluxmaq halları da artır. Günlərlə keçməyən və bütün bədənə təsir edən qrip epidemiyalarında ən çox rast gəlinəni isə quru öskürək, boğazda quruluq və yanma, bəzi hallarda qızdırma və tez-tez asqırma hallarıdır. Aile.lent.az qripdən qorunmaq üçün məsləhətlər təqdim edir.

İlk növbədə onu bildirək ki, qrip müxtəlif virusların faktor olduğu üst tənəffüs yolları xəstəliyidir. Çox fərqli növ virusların səbəb olması nəticəsində yaranan qripə peyvənd də kifayət etməyə bilər. Qripə tutulmamaq və ya xəstəliyi mümkün ola biləcək ən sürətli şəkildə aşkarlamaq yolu isə immunitet sistemini gücləndirməkdir.

Qrip ən çox bir həftə və ya on gün ərzində sadə müalicə üsulları ilə keçə bilər. Ancaq diqqət edilmədikdə xəstəlik olduqca mənfi nəticələrə yol açar. Hələ də dünyada qrip epidemiyalarından ölən bir çox insan var. Bu səbəbdən də qripə yoluxmadan immunitet sistemini gücləndirmək çox əhəmiyyətlidir.

Qripdən qorunmaq üçün:

- İmmunitet sistemini gücləndirmək üçün qidalanmanızda meyvə-tərəvəzə üstünlük verin, çox ət yeməyin

- Xüsusilə xəstə olacağınızı düşündüyünüz dövrlərdə bol C vitamini qəbul edin

- Daim məşq edin

- Otağı həddindən artıq isitməyin, nizamlı şəkildə havalandırın

- Adam çox olan mühitlərdə, bağlı otaqda olmamağa çalışın

- Çöldən gəldikdə əllərinizi sabunla yuyun və bunu uşaqlarınızın da vərdiş halına gətirməsini təmin edin

- Çox qalın və ya çox nazik geyinməyin

- Yuxu nizamınıza diqqət edin

- Stress yaşayan insanlar xəstələnməyə daha çox meyllidir. Meditasiya edin, özünüzə zaman ayırın

- Siqaret çəkməyin

Qrip olduqda:

- Bir çox insan ehtiyac olmadığı halda dərman istifadə edir və bunların fərqli yan təsirləri var. Lazımsız yerə, həkimlə məsləhətləşmədən dərman atmayın. Antibiotiklərin qripə faydası yoxdur, antibiotik istifadə etməyin.

- İnsan bədəni xəstəliklərlə mübarizə halındaykən çox enerji sərf edir. Bu səbəbdən də yaxşılaşma müddətində istirahət çox əhəmiyyətlidir.

- Burundakı tıxanıqlığı aradan qaldıran və yüngülləşdirən dərmanların xəstəlikdən qorunma və xəstəliyin yaxşılaşmasında faydası olur. Eyni zamanda təsadüfi istifadə edilən dərmanlar baş gicəllənməsi, yuxusuzluq və mədədə narahatlıqlara səbəb olur.

- Gündə 8 stəkan maye içmək xəstənin tənəffüs yollarının qurumasının qarşısını alır. Bu maye sudan başqa meyvə suyu, şorba, cökə, adaçayı kimi bitkilərdən hazırlanmış çaylarla da alına bilər.

- Xəstələr qəhvə, çay və kola kimi kafein ehtiva edən içkilərdən uzaq durmalıdırlar.

Geri dön