Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > "Ortopediya və Plastik Cərrahiyyə" mövzuzunda tibbi seminar keçirilib
"Ortopediya və Plastik Cərrahiyyə" mövzuzunda tibbi seminar keçirilib |
Türkiyənin Ordu şəhərində yerləşən "Umut" Hospitalı bu il fəaliyyətinin onuncu ilini qeyd edir. Bu illər ərzində hospital daha güclü heyətə sahib olmaqla yanaşı, müasir tibbi texnologiya ilə təchiz olunaraq öz sağlıq xidmətlərini təqdim etməyi bacarıb.
Bu gün Bakıda "Caspian Evets" şirkətinin təşkilatçılığı ilə özəl "Ordu Umut" hospitalının həkim mütəxəssisləri tərəfindən "Ortopediya və Plastik Cərrahiyyə" mövzusunda tibbi seminar keçirilib. Seminarda Umut Hospitalınının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sezai Keskin çıxışında bildirib ki, ortopediya son illərdə texnoloji və elmi inkişaf nəticəsində sürətli irəliləyən, dəyişən, hətta əhatəsini genişləndirən tibbi sahədir: "Bizim Hospitalın Ortopediya və Travmatologiya bölümü dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik həkimlərlə xidmətinizdədir. Ortopediya-Travmatologiya üzrə həkim mütəxəssis Mehmet Onur Sarıhan skolyoz xəstəliyi ilə bağlı fikirlərini bölüşüb. Həmçinin plastik və estetik cərrah, həkim mütəxəssis Bülent Kement plastik cərrahiyyə ilə bağlı çıxış edib. Daha sonra mövzu ətrafında seminar iştirakçıları ilə ətraflı müzakirələr, sual-cavab aparılaraq, maraqlı disskusiyalara səbəb olub. Seminar çərçivəsində "Caspian Group" və "Umut Hospitalı" arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. "Umut" Hospitalının rəhbəri İdris Altunel jurnalistlərə müsahibəsində bildirib ki, bizim göstərdiyimiz xidmətlərin qiyməti digər Avropa ölkələri ilə müqayisədə qat-qat ucuz və keyfiyyətlidir: "İstənilən şəxs bu qiymtələrlə tanış ola bilər. Belə ki, Azərbaycan vətəndaşları da "Caspian Group" şirkəti vasitəsi ilə bizə müraciət edə bilər. İki tərəf arasında imzalanan tərəfdaşlıq müqaviləsi də bu sahəyə xidmət edir. Biz hər zaman vətəndaşlara yüksək xidmət göstərmişik, bundan sonra da bu işimizi davam etdirəcəyik. Tədbirinin sonunda seminar iştirakçıları sertifikatla təltif olundular. Geri dön |