Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə dollar sürətlə bahalaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Türkiyədə dollar sürətlə bahalaşır

Türkiyədə dollar sürətlə bahalaşır


Türkiyədə ABŞ dollarının cari məzənnəsi yeni psixoloji və tarixi rekord səviyyəyə - 3,30 TRY/USD-yə yaxınlaşır.
Dolların məzənnəsi ABŞ seçkilərinin nəticlərinin açıqlandığı noyabrın 9-da 3,3053 TRY/USD səviyyəsinə yüksəldikdən sonra bir qədər azalsa da, yenidən artmağa başlayıb və hazırda 3,29 TRY/USD həddini keçib: "Türkiyədə dolların güclənməsinə əsas səbəb ABŞ valyutasının qlobal bazarda möhkəmlənməsi, Türkiyədəki geosiyasi vəziyyət, ölkənin yüksək xarici borcu, ticarət balansında böyük həcmdə olan kəsirlə bağlıdır".
"Report"un analitikləri qlobal iqtisadiyyatın zəifləməsi və inkişaf etməkdə olan ölkələrin milli valyutalarının devalvasiyası, həmçinin ABŞ-da uçot dərəcəsinin artması ilə dünya kapitalının bu ölkəyə axması fonunda türk lirəsi aktivlərindən sürətlə çıxış yaşanacağını, nəticədə, lirənin ucuzlaşacağını proqnozlaşdırır: "Daha əvvəl Türkiyədə dolların məzənnəsinin ilin sonuna qədər 3,30 TRY/USD-yə çatacağını ehtimal edirdiksə, hazırda bu proqnozu 3,40 TRY/USD-yə kimi artıra bilərik. 2017-ci ilin ilk yarısında isə məzənnənin 3,80 TRY/USD səviyyəsinə qədər artması mümkündür".

Geri dön