Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baş endokrinoloq: Diabetin ən başlıca səbəbi stressdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Baş endokrinoloq: Diabetin ən başlıca səbəbi stressdir

Baş endokrinoloq: Diabetin ən başlıca səbəbi stressdir


Noyabrın 14-də Bakı Sağlamlıq Mərkəzində Dünya Diabet Gününə həsr olunmuş konfrans keçirilib.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Hikmət Həsənov açaraq bu günün əhəmiyyətindən, xəstəliyin insan orqanizminə vurduğu zərərlərdən danışıb.

Konfransda çıxış edən Səhiyyə Nazirliyinin baş endokrinoloqu, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov isə Azərbaycanda endokrinologiyanın inkişaf tarixi haqqında məlumat verib. Qeyd edib ki, respublikamızda diabetlə bağlı problemlərə böyük diqqət yetirilir. MDB ölkələri arasında birinci olaraq Azərbaycan Respublikasında “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun qəbul edilib. Qanun əsasında Azərbaycan hökuməti şəkərli diabet üzrə Dövlət Proqramı qəbul edib. 2006-cı ildən başlayaraq bu proqramın icrası üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Ötən illərlə nisbətən bu vəsaitin həcmi xeyli artırılıb. “2000-ci ildə dünya üzrə 171 milyon şəkərli diabet xəstəsi qeydə alınmışdı. Dünya Səhiyyə Təşkilatı 2020-ci ildə diabet xəstələrinin sayının iki dəfə artacağını bildirmişdi. Ancaq bugünkü statistik rəqəmlər göstərir ki, dünyada diabet xəstələrinin sayı gözlənildiyindən daha çoxdur. Bu da onu göstərir ki, şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Odur ki, bu xəstəliklə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir”, - deyə R.Məmmədhəsənov əlavə edib. Baş endokrinoloq bildirib ki, Azərbaycanda da şəkərli diabet xəstələrinin sayı artıb. Lakin bu artım ölkəmizdə müalicə-diaqnostika işinin yaxşılaşdırılması nəticəsində şəkərli diabet xəstələrinin aşkarlanması və onların qeydiyyata alınması ilə bağlıdır. Şəkərli diabetin yaranma səbəblərindən danışan ölkənin baş endokrinoloqu vurğulayıb ki, xəstəliyin ən başlıca səbəbi stressdir. O, xəstəliyin qarşısının alınmasında profilaktik tədbirləri gücləndirməyin vacibliyini də qeyd edib.

Daha sonra Bakı Sağlamlıq Mərkəzinin endokrinologiya şöbəsinin illik hesabatı, şəkərli diabetin klinik protokolları, diabetli xəstələrin müalicəsində müasir yanaşmalar barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Geri dön